“Yaz festivalı” turnirində şahmatçılarımızın çıxışı davam edir

Macarıstanın paytaxtı Budapeştdə keçirilən şahmat üzrə "Yaz festivalı”nın dördüncü turunun oyunlarına yekun vurulub.

Xudaferin.eu xəbər verir ki, Azərbaycan şahmatçısı Vüqar Əsədli dördüncü turda rusiyalı Artyom Timofeyev ilə heç-heçə edib. Aktivində 3 xal olan təmsilçimiz növbəti turda serbiyalı Robert Markus ilə qarşılaşacaq. Digər təmsilçilərimiz Nail Bəşirli Marcin Krzyzanovskiyə məğlub olub, Zaur Bayramov ukraynalı Taron Şagbazyan ilə heç-heçə edib.

Üç turdan sonra N.Bəşirlinin 2,5, Z.Bayramovun 2 xalı var.

Dördüncü turda N.Bəşirli monqolustanlı Davaadembere Nomin-Erdene, Z.Bayramov isə Hindistan təmsilçisi Kartik Triş ilə qarşılaşacaqlar.

Turnirdə 36 ölkədən 150-yə yaxın şahmatçı iştirak edir.

Xudaferin.eu

14:50