Türk Fraksiyası “türk sözünə həssaslıq” səbəbilə buraxılıb
Güney Azərbaycanın başkəndi Tərbizin islahatçı millət vəkili Şəhabəddin Bimiqdarın bildirdiyinə görə, İran mollakratiya rejiminin parlamentində təsis edilmiş Türk Bölgələr Fraksiyası “türk sözünün yaratdığı həssaslıqlar” səbəbilə buraxılmışdır.
Millət vəkilinin adına fəaliyyət göstərən “bimeghdar.ir” saytının dərc etdiyi məlumata əsasən, Şəhabəddin Bimiqdar Türk Bölgələr Fraksiyası yerinə “Şimal-Qərb Vilayətlər Fraksiyası”nın təsisi istiqamətində fəaliyyətlərin başlandığını qeyd edib. Bimiqdar “türk” sözünə həssaslıq və Türk Bölgələr Fraksiyasının təsisinə müxalifliyin səbəbini bilmədiyini qeyd edib.
“Türk sözünün bəzi həssaslıqlar yaratdığı üçün daha az həssaslığa yol verəcək Şimal-Qərb Vilayətlər Fraksiyasını təsis etməyi düşünürük ki, bu vasitə ilə türk vilayətlərin əhalisinin tələblərinə də diqqət yetirə bilək,” deyə tərbizli siyasətçi söyləyib.
Qeyd edək ki, İran mollakratiya rejiminin amacı Güney Azərbaycan Milli Hərəkatının səsini boğmaq üçün ilk addım olaraq, ölkə parlamentində gündəmə gətirdiyi “Türk Bölgələr Fraksiyası” anlayışını zamanla aradan qaldırmaq kimi strateji hədəfləri buna görə irəli sürmüşdü. Bu gün Güney Azərbaycan milli davasını tamamilə fərqli bir məcraya yönəltmə üçün gilək, talış, kürd və digər toplumları da bir araya gətirməklə yeni oyunlara başlamağı hədəf seçibdir. Beləliklə də Güney Azərbaycan məsələsini arxa plana keçirməklə tam yeni bir siyasət düsturu ortaya atılması planlaşdırılıbdır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”
10:06
Digər xəbərlər