“Bu uğura görə Güneydəki soydaşlarımızın mübarizəsinə borcluyuq”
Mehriban Vəzir: “Ana dilində tədris növbəti uğurlarımızın başlanğıcı olacaq”
Güney Azərbaycanda orta ümumtəhsil məktəblərində həftədə iki dəfə Azərbaycan dilinin tədrisinə icazə verilib.
Dilimizin İrandakı orta məktəblərdə tədrisi ana dilimizin təbliği və inkişafı ilə yanaşı, Azərbaycan dilinin qonşu dövlətdəki statusunun yüksəlməsini təmin edə bilərmi?
Ümumiyyətlə, orta ümumtəhsil məktəblərinin Azərbaycan dilinin üzünə açılması Azərbaycan insanının çoxllik mübarizəsinin məntiqi yekunu hesab edilə bilərmi?
Yazıçı-publisist Mehriban Vəzir bu olayın tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb:
“Bu, mühüm və təqdirəlayiq bir addımdır. Biz buna görə Güney Azərbaycanın mübariz insanlarına borcluyuq. Onlar bu uğura asanlıqla nail olmayıblar. Uzun illərdir ki, ana dili uğrunda İranın sodyaşlarımız yaşayan ərazilərində bir hərəkat mövcud idi. Bu hərəkatın uzantıları Quzey Azərbaycanda da, Avropada da, Amerikada da mövcuddur.
Mən Güney Azərbaycanda ana dilinin tədirisi ilə bağlı bütün millətimi təbrik edirəm. Bu, şübhəsiz ki, birinci addımdır. Millətimizin layiq olduğu çox şey var ki, onlara da nail olacaq, uğurlarımızın davamını gətirəcəyik.
Azərbaycan türkcəsinin inkişafına çox böyük ehtiyac var. Bu, bədii-ədəbi dil Quzey Azərbaycanda formalaşmış, sistemə salınmış dildir. Lakin burada da dilimizin inkişafına ehtiyac var. Çünki dövlət dilinə lazımi qədər diqqət yoxdur.
Düşünürəm ki, yaxzın gələcəkdə dilimizin Güneydəki terminalogiyasından da geniş istifadə olunacaq və alimlərimiz bütöv Azərbaycanın ədəbi dilini işləyərək bir sistem, bir institut yaradacaqlar”.

Seymur ƏLİYEV
01:52
Digər xəbərlər