Heç vaxt dövləti olmayan ermənilər 20-dən çox erməni dövlətinin adını çəkir-VİDEO

Qasım Hacıyev: “Onlar ayaq basdıqları hər yeri erməni torpağı adlandırırlar”

Hər zaman cəfəng fikirlər və xəstə iddialarla gündəmə gələn ermənilər, bu günlərdə daha bir absurd iddia ilə gündəmə gəlib. Belə ki, bu kəs şumerlərin qədim erməni olduğunu bildirən düşmən, bununla da özünü dünyanın ən qədim sivilizasiyasına malik xalqı statusunda tqədim edib.

Moderator.az-a açıqlama verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin rəhbəri, görkəmli tarixçi-pedaqoq, tarix üzrə elmlər doktoru Qasım Hacıyev bunu erməni xəstəliyinin növbəti təzahürü kimi dəyərləndirib:

“XX əsrin əvvəllərindən etibarən ermənilər heç vaxt olmayan erməni dövləti haqqında məlumatlar yaymağa, saxta mənbələr formalaşdırmağa başladılar. Saxta erməni dövlətləri haqqında məqalələr yaydılar. Onlar ayaq basdıqları hər yeri erməni dövləti kimi qələmə verdilər. “Böyük Ermənistan” xülyası yaratdılar. İndi onlar 20-dən çox erməni dövlətinin adını çəkir, xəritədə heç vaxt olmayan bu dövlətlərin yerini göstərirlər. Dünyada elə bir müqəddəs şey qalmayıb ki, ermənilər onu özləri ilə əlaqələndirməsin, onun mahiyyətini saxtalaşdırmağa cəhd etməsinlər.

Şumerlərə gəlincə, onlar qədim dil və mədəniyyətə malik xalq olub. Hansı ki, onların ermənilərlə heç bri əlaqəsi, bağlılığı yoxdur. Şumer mədəniyyəti və dili ilə erməni dili və mədəniyyəti arasında heç bri yaxınlıq yoxdur. Ermənilərin əlifbası da, lüğəti də başqa xalqlardan götürülmədir. Onların özlərinə məxsus heç nə yoxdur. Şumerlərin ermənilərlə bağlılığı ilə əlaqədar deyilənlərin  hamısı cəfəngiyyatdır. Ermənilər bilir ki, şumerlərlə bağlı bizim iddiamız var. Bizim dilimizlə şumerlərin dili arasında xeyli dərəcədə oxşarlıq var. Ermənilərin isə şumer dili və mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, yalan danışmaq onların peşəsidir və onlar bu gün də öz peşələrinə sadiqlik göstərirlər”.

 

Xudaferin.eu

16:51