Azərbaycan Avropa Şurasının Lanzarote Konvensiyasına qoşulub

Azərbaycan Respublikası “Lanzarote Konvensiyası” kimi tanınan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulub.

Strasburqda Avropa Şurasının mənzil-qərargahında təşkil edilən rəsmi mərasimdə bu Konvensiyanın Azərbaycan Respublikasının 1681-VQ nömrəli 22 oktyabr 2019-cu il tarixli Qanunu ilə təsdiq edilməsi haqqında ratifikasiya sənədinin əsli ölkəmizin qurum yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov tərəfindən təşkilatın baş katibinin müavini xanım Qabriella Battaini-Draqoniyə təqdim olunub.

Təqdimat mərasimində Avropada geniş yayılmış uşaqlara qarşı cinsi zorakılığın ən ağır cinayət növü olduğunu bildirən baş katibin müavini Q. Battaini-Draqoni Konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya edilməsini alqışlayıb.

Lanzarot Konvensiyasının müvafiq müddəalarına uyğun olaraq, Avropa Şurasının bu hüquqi sənədi 2020-ci il aprelin 1-dən etibarən qüvvəyə minəcək.

 

xudaferin.eu

15:17