Moskvadan deportasiya olunan Fuad Abbasov artıq Bakıya çatıb. Onu gətirən təyyarə 22:10-da Bakıya enib.
Azərbaycanın Rusiyadakı səfirliyi jurnalist Fuad Abbasovun Rusiyadan deportasiyası ilə əlaqədar məlumat yayıb.
Səfirlikdən verilən məlumatda deyilir:
"25 iyun 2019-cu il tarixində Fuad Abbasov Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altında Azərbaycan Hava Yollarının Moskva-Bakı reysi ilə Azərbaycana yola salınıb".
Fuad Abbasov nəhayət, hava limanından çıxıb. Tərəfdarları və qohumları onu milli qəhrəman kimi qarşılayıblar. Azərbaycan bayraqları və təzərrühatlarla qarşılanan jurnalist qısa açıqlamalarla çıxış edib.
Aeroportun girişində media nümayəndələrinə açıqlama verən F.Abbasov onu dəstəkləyən hər kəsə təşəkkür etdi.
Jurnalist azadlığa çıxmasının onun üçün gözlənilməz olduğunu dedi: “40 gün qapalı vəziyyətdə qaldım. Dünən axşam soruşdurma oldu. Bu sabah gözlənilmədən xəbər çıxdı ki, azadlığa çıxıram”.
F.Abbasov bildirdi ki, dincəlib özünə gələndən sonra mətbuat konfransı keçirəcək: “Baş verən qanunsuzluqlarla bağlı məhkəmə yolu ilə həll edəcəm. Səhhətim qaydasındadır. Heç bir problem yoxdur. 12 gün boyunca aclıq aksiyası oldu. Bundan sonra da jurnalist fəaliyyətim olacaq. Daha güclü şəkildə davam edəcək”.
F.Abbasov media nümayəndələrindən bir neçə gün icazə istəyərək, yaxın zamanda mətbuat konfransı keçirəcəyini bildirdi: "Çox ağır dönəm keçirmişəm. Bir-iki gün icazə verin özümə gəlim, bütün suallarınızı keçirəcəyim mətbuat konfransında cavablandıracam".
Fuad Abbasov artıq Bakıdadır

16:50
Digər xəbərlər