Sadri Maksudi Arsal – türk dünyasının parlaq ziyalısı

Sadri Maksudi Arsal Türk dünyasının ən parlaq ziyalılarından biri, böyük dövlət adamı hüquq və fəlsəfi fikir tarixinin ən ciddi araşdırmaçılarından biridir.

1917-ci ildə Ufada  qurulan Millî Hökümətin Parlamentinin sədri olmuş bir dövlət adamı, siyasi xadimdir. Bolşeviklər tərəfindən mili hökümət yıxıldıqdan sonra Qərbi Avropaya getmiş Türkiyə Cümhuriyyəti qurulan zaman Mustafa Kamal Atatürk tərəfindən Türkiyəyə dəvət edilmişdir.Türkiyədə türkçülüyün təməllərini qoyanlardan sayılır. Türkiyyə Cumhuriyətin ilk hüquq fakultəsi olan Ankara hüquq fakultəsinin yaradıcılarındandır. Türk Dil  Qurumu və Türk Tarix Qurumu kimi önəmli təşkilatların qurulmasında  böyük xidmətləri olmuşdur.

O, 23 iyul 1878-ci il tarixdə   Tataristan paytaxtı  Kazan ətrafında  Daşsu  kəndində doğulmuşdur. Atası kəndin imamı Molla Nizamddin, anası isə  Məftunə xanımdır.

İlk təhsilini kəndə aldıqdan sonra 1888-ci ildə Kazanda məhşur Əlamiyyə Mədrəsəsində davam etdirmişdir. Sonra həmin mədrəsədə müəllimlik edən  böyük qardaşı Əhməd Hadi Maksudidəndə dərs almışdır.Onun formalaşmasında  həmin illərdə  Kazanın  sayılan pedoqoqlarından  və cədidçilərdən sayılan böyük qardaşının rolu əvvəsiz olmuşdur.

1895-ci ildə  Baxxçaraydakı  Zincirli Mədrəsəsinə dərs deməyə  dəvət edilən böyük qardaşı Əhməd Hadi Maksudi ilə birlikdə Baxçasaraya getmişdir.  Həmin Mədrəsədə dərs deyən böyük mütəffəkir sonradan “mənəvi ata” adlandırdığı İsmayıl Qaspralı ilə tanış olmuşdur.  Bağçarayda keçirdiyi 1895-1896-cı illərədə Zincirli Mədrəsəsində dərslərdə oturmaqla rus dili öyrənmişdir.  1897-ci ildə Rus Müəllimlər məktəbinə qəbul olunmuşdur. Maksudinin bu  məktəbdə oxuması birmənalı qarşılanmamamış onun  burada ruslaşma təhlükəsi olması söylənilmişdir.  İlk hekâyesini 1900-cu ildə çap edilmişdir. Həmin ildə “Məişət” adlı romanı Kazanda çap edilmişdir.  Romanı yazmaqda məqsədi “Tatar dilinin milli ədəbiyyat örnəklərinin inkişaf edirilməsi” olmuşdur..

1901-ci ildə Rus Müəllimlər məktəbini bitirdikdən sonra qardaşı Hadi Maksudinin tövsiyyəsi ilə təhsilini İstanbulda davam etdirilməsi məsləhət olunmuişdur.  Lakin uşaqlıq illərəindən sevə sevə oxuduğu  klassik rus yazıçısı Lev Tolstoyla görüşüb tanış olmadan Rusiyanı tərk etmək istəməmişdir. 1901-ci ilin yazında Yasnaya Polyanaya gedərək 73 yaşında olan Lev Tolstoyu evində ziyarət edərək saatlarla söhbət etmişdir. Sədri Maksudini çox bəyənən mütəffəkir yazıçı Lev Tolstoy  onu  “Ağıllı Tatar uşağı” adlandırmışdır. Sədri Maksudi, İstanbula gedərkən Kırımda yaşayan İsmayıl Qasparlı ilədə görüşmüşdür. İsmail Qaspıralı  Maksudiyə daha müasir təhsil almaq üçün Parisə getməyə razı salmışdır. Gənc Sədri Maksudi Qasparlının tövsiyyəsi ilə Parisə getmədən öncə İstanbula getdi. İstanbul səfəri sırasında məhşur türk yazıçı və publisisti  Əhməd Mithət Əəfəndi ilə tanış olmuşdur yazıçı  da Maksudiyə Parisə getməyi tövsiyyə etmişdir.

Beləliklə Parisə gələn Maksudi bir il fransız  və latın dili hazırlıq kursu keçdikdən sonra 1902-ci ildə Sarbona Universitetinin hüquq fakultəsinə qəbul olunmuşdur. Eyni zamanda “Paris ədəbiyyat fakultəsində” və  “College de France”‘da da  bir çox dərslərə qatıldı. Sədri Mkasudi 1906-cı ildə ali təhsilini başa vurub Rusiyaya qayıtdıqdan sonra siyasətlə maraqlanmağa başladı və Kazandan Rusiya Parlament Dumasına üzv seçildi. II. Duma qısa bir zamanda buraxıldıqdan sonra III Dumaya seçildi.   Dumada Rusiyada yaşayan türklərin problemlərini qaldırdı. Dumada təsirli çıxışları ilə diqqəti cəlb edən Maksudi  Dumanın Reyasət heyətinə seçilmiş və 1909-cu ildə İngiltərəyə gedən parlament heyətinə daxil edilmişdi. Bu səfər nəticəsində  Kazanda “İngiltərəyə Səyahət” adlı kitab çap elədridi.  1911-ci ildə Kamilə xanımla evləndi bu evlilikdən Adilə və Nailə adında iki qızı dünyay gəlmişdi. 1913-cü ildən vəkillik  fəaliyyətinə başlamışdır.

Sədri Maksudi 1917-ci ildə Rusiya Müsəlmanlarının qurultayında “Milli mədəni muxtariyyat”  layihəsini qəbul elətdirdi. 1917-ci ildə Ufada Rusiya tərkibində elan edilən “Sibir Milli-Mədəni  Türk-Tatar Muxtariyyatı” adlı qurumun  Konstitusiyasını hazırladı. Adıçəkilən muxtariyyatın 1917-ci ildə  qurulan  “Milli Məclisə” sədr seçildi. Dövlət işlərini idarə etmək üçün qurulan və üç nazirlikdən ibarət olan “ Milli Məclis”ə həmiçinin nazir vəzifəsinidə həyat keçirmişdir. Gələcəkdə müstəqil İdil Ural Dövlətinə çevrilməsi nəzərədə tutulan bu dövlət Çar Rusiyası tərəfindən dağıdıldı. Bundan sonra o  tanınmış yazıçı və din adamı Musa Cərullahın köməkliyi ilə Filandiyaya qaçmışdır. 1919-cu ildə Parisə gələn Maksudi  I. Dünya  Müharibəsi qutardıqdan sonra 1920-ci ildə toplanan Paris Sülh Konfransında  Rusya Avropası müsəlmanları hüquqlarına dair memorandum təqdim etmişdir.

1922-ci ildə ailəsi ilə birlikdə Berlinə köçərək siyasətdən uzaqlaşmış və elmi araşdırmalara başlamışdır. 1923-cü ildə Berlindən  Parisə köçmüş  Sorbon Üniversitetinin Ədəbiyyat fakultəsi nəzdində  İslam Ölkələri İnstitunda türk-tatar millətlərinin tarixindən dəsr  demişdir.

24  noyabr 1924-cü il Çanahkalada Qazi Mustafa Kamal Atatürklə tanış oldu. Qurulan Türkiyə Cümhuriyyətində vəzifə təklifi qəbul etmişdir.1925-ci il tarixdən Türkiyədə  Cümhuriyyətinin paytaxtı Ankarada Maarif Vəkalətinə bağlı Telif və Tərcümə  Heyəti üzvülüyünə qəbul edildi. Bu heyət dağıldıqdan sonra Ankara Hüquq Məktəbinin qurulmasında iştirak etdi. Uuzn illər bu qurumda dərs dedi.

1928-ci il tarixində Sədri Maksudi Milliyət qəzetində “Dil islahatı məsələsi” başlığı adı  altında çap etdirdiyi yazılarını 1930-cu il tarixdə kitab şəkilində  çap  etdirərək Türkiyə Prezidenti Mustafa Kamal Atatürkə  təqdim etmişdir. Mustafa Kamalın ön söz yazdığı Türk Dili Üçün adlı əsəri isə  sonra  Türk Dili Qurumunun təlimatına çevrilmişdir. Məlum olduğu kimi həmin qurumun formalaşmasında Sədri Maksudinin rolu böyük olmuşdur.  

Türk Ocaqlarının  27 aprel 1930-cu il tarixidə  VI Qurultayında etdiyi çıxışla  yaradılmasını təkilif etmiş sonradan Türk  Tarixi Tədqiq Cəmiyyəti   adıyla fəaliyyətə başlamışdır. Sonradan “Tarix Qurumu” adını alan qurumun yaradılmasında və fəaliyyətində yaxından iştirak etmişdir. Sözügedən “ “Türk Hukuk Tarihi”’ adlı əsərində geniş şəkildə istifadə edilmişdir. Sədri Maksudi Türkiyədə soyad qanunu qəbul edildikdən sonra Arsal soyadı qəbul etmişdir.

Mustafa Kamal Atatürk tərəfindən millət vəkkiliyinə  namizədliyi irəli sürülən Sədri Maksudi 1931-1935 arasında Şebinkarahisar, 1931-1935 arasında Giresun şəhərindən millət vəkili seçilmişdir. 1935-ci ildə siyasətdən gedən Sədri Maksudi elmi araşdırmalarla məşğul olmuşdur. 1950-ci il tarixdə yenidən siyasətə qayıdaraq Demokrat Partiyasından Ankara millət vəkili seçilmişdir.

Sədri Maksudi hüquq tarixinə dair “Hukukun Umumi Esasları” (1937), “Hukuk Tarihi Dersleri” (1938), “Umumi Hukuk Tarihi”(1941), “Hukuk Felsefesi Tarihi” (1946) ve “Türk Tarihi ve Hukuk” (1947) adlı əsərləri ilə türk hüquq tarixinə tövhələr vermişdir. Türkiyedə hüquq elmi sahəsində xüsusi ilə türk hüquq tarixinə aid dərsliyin müəllifidir.

1955-ci il tarixdə çap olunan  “Milliyet Duygusunun Sosyolojik Esasları” adlı əsəri ilə türk milliyətçiliyinə və  dövlətçiliyinə böyül tövhələr vermişdir.

20 fevral 1957-ci ildə dünyasını dəyişən Sədri Maksudi İstanbul Zincirliquyu  qəbristanlığında dəfn edilmişdir. Qızı Adilə Ayda qələmə aldığı “ Maksudi Arsal” əsəri onu həyatına həsr edilmişdir.

 

Tədqiqatçı hüquqşünas,

 Səməd Vəkilov

Xudaferin.eu

11:30