KAMERAL SİYAHIYA ALMA TARİXİ VƏ ETNO-SİYASİ KONTEKSDƏ

Nazir Əhmədli, 
Yazıçı, tədqiqatçı- jurnalist,kimya üzrə fəlsəfə doktoru

 

İ.Şopen: “Bu kitabın köməyi ilə gələcəkdə (ermənilər) daimi müqaisə edib deyəcəklər nəyimiz var imiş, indi nəyimiz var”.
Nazir Əhmədli “Dərələyəz mahalının kameral təsviri” adlı kitabı fundamental tarixi əhəmiyyət daşıyan əsərdir. Kitabın ön sözündə müəllifin “Dərələyəz” toponiminin etimologiyası ilə bağlı maraqlı fikirləri yer almışdır. Müəllif tarixə ekskursiya edərək qədim oğuz türk yurdu olan Qərbi Azərbaycanın tarixin qədim dövrlərdən kameral təsvirin araşdırma predmeti olan XIX əsrin birinci və ikinci yarısına qədərki dövrlərini tarixi və etnosiyasi konteksdə dəyərləndirir.
Qərbi Azərbaycan toponimləri ilə bağlı fransız mənşəli rus alimi, İvan İvanoviç Şopenin irəli sürdüyü konsepsiyaya üstünlük verməsi müqaisəli-tarixi təhlil metodologiyası və digər elmi nəzəri aspektlərdən düzgün əsaslandırılmışdır.
“Dərələyəz” adına inzibati-ərazi vahidi kimi ilk dəfə “Şərəfnamə” əsərində rastlaşması və tarixi ilə bağlı tarixi mənbələrdən örnələrin verilməsi əsərin elmi dəyərini bir daha artırmış olur.
N.Əhmədli mövzuya aid “Naxçıvan sancağının müfəssəl dəftəri” və “İrəvan əyalətinin icmal” dəftəri adı müxtəlif vaxtlarda çap olunmuş mənbələrdən irəli sürülmüş elmi fikirləri əsaslandırılmasında istifadə edir.
Dərələyəzin etno-siyasi mənzərəsinin dərində öyrənilməsi baxımından sözügedən tədqiqat əsəri çox mühüm mənbə rolu oynayır. Müəllif ön sözdə Dərələyəz mahalında yaşayan ayrı-ayrı tayfaların etnik mənşəyi ilə bağlı maraqlı fikirlər irəli sürür. Bu mənda Qaraçorlu tayfasının etnik mənşəyinin araşdırılması ilə bağlı müxtəlif tarixi mənbələrə istinadən onların məhz türk mənşəli olmasına dair əsaslı fikirləri dərin elmi məzmunu kəsb edir.

Müəllif fikrini əsaslandırmaq üçün Qarabağ ərazisində məskunlaşmış Qaraçorlu tayfasının Nadir Şah Əfşar dönəminə qədər yarımmüstəqil həyat tərzi sürməsi vurğulayaraq tarixi mənbələrdə Qaraçorlularla Osmanlı dönəmində hətta müstəqil subyekt kimi ayrıca saziş bağlanması məlumatları da tarixi konteksdə maraq doğurur. Nadir Şah Əfşara sui-qəsdən sonra Qarabağ xanına tabelik göstərməkdən boyun qaşıran bu tayfalar bu səbəbdən bir hissəsinin Dərələyəz mahalına köçməsinə səbəb olmasını vurğulayır.
Dərələyəz mahalının kameral siyahısının hazırlanması məsələsinə aydınlıq gətirən N.Əhmədli Türkmənçay müqaviləsindən sonra işğalçı rus ordusunu komandanı general 

İ.F.Paskeviç

İ.F.Paskeviçin xahişi ilə fransız əsilli rus tarixçisi Rusiyaya yenicə birləşdirilmiş Naxçıvan və İrəvan xanlığının yerində yaradılmış erməni vilayətində tədqiqat aparılması və əhalinin etnoqrafiyasını sosial-iqdisadi vəziyyətini araşdırilması tapşırığı çərçivəsində hazırlanan kameral təsvirin bir nüsxəsi Ermənistan Milli Arxivində saxlanılmaqdadır.
Müəllif əsərdə İ.Şopenin tarixi fikirlərini vasitəsiz nitq kimi aşağıdakı fikirlərini oxucuya təqdim etməklə onu düşünməyə məcbur edir. İ.Şopen: “Erməni vilayətini Rusiya İmperiyasına birləşdirildiyi dövrün vəziyyətini təsvir edən bu kitab bir sıra invertarları özündə cəmləşdirib. Bu kitabın köməyi ilə gələcəkdə daimi müqaisə edib deyəcəklər nəyimiz var imiş, indi nəyimiz var. Qoy bu vilayətin sakinləri bu kitabı əllərində tutduqları vaxt daimi öz keçmişlərini yaşadıqları dövrlə müqaisə etsinlər”
Nazir Əhmədlinin təqdim etdiyi Dərələyəzin kameral təsvir məzmununa görə İ.Şopenin yuxarıdakı fikirlərin tam təsdiq etməklə əhalinin say tərkibi, etnik-dini mənsubiyyəti, yerli sakin olub-olmamsı, orta ömür həddi, yerli idarəçilər, ailə və nigah münasibətləri konteksində çox zəngin araşdırma materiallar təqdim edir. Tədqiqatçı alimlər (tarixçi, etnoqraflar və.s) üçün maraqlı araşdırma predmeti olan bu əsər mötəbər ilkin mənbə rolu oynayır.

Əsər saxta erməni tarixşünaslığının ermənilərin Qərbi Azərbaycan ərazisində yerli əhali olması ilə bağlı əsassız fikirlərini darmadağın edir. Kameral siyahıya almaının tarixi əhəmiyyətini qeyd etməklə bərabər milli səviyədə də nəsillərin tarixinə işıq salmaqla “milli aristokratiyanı” da günəş işığına çıxarır. Özlərinə bəyli, xanlı təxəllüs götürən şəxslər öz soy-kökləri ilə tanış olmaq və cəmiyyətə təqdim olunmaq həqiqəti ilə üz-üzə qalırlar.
N.Əhmədlinin Azərbaycanın böyük coğrafiyasını əhatə edən (Qazax, İrəvan, Dərələyəz, Göyçə, Şəmşədin, Vedibasar, Şərur) kameral təsvirləri çox mühüm tarixi mənbədir. Bu tədiqat əsərləri Qərbi Azərbaycanın tarixi türk torpağı olmasını təsdiq edir.Özlərini dünyada mədəniyyət oğrusu kimi tanıdan saxta tarixşünaslıq yaradan erməni “tarixçilər” bu mənbəni təkzib etmək iqtidarında deyillər. Dəyərli ziyalımız, milli vətənpərvər Nazir Əhmədli bu əsərləri ilə Azərbaycan tarixi qarşısında mühüm bir vəzifəni yerinə yetirmiş sayılır.

SƏMƏD VƏKİLOV Hüquqşünas, Hüquq mədəniyyəti jurnalının baş redaktoru

Xudaferin.eu

 

13:42