Nadir kişi nüfuzlu ailə canlı və qayğıkeş bir ailə başçısıdır. O, ailəsini çox sevir. Ailə üzvülərinin şəxsiyyətinə maraqlarına son dərəcə hörmətlə yanaşır. Çünki o mədəni oxumuş bir insandır. Onun şalvarının ayağının kimin tərəfindən kəsilməsi heç bir cinayət hadisəsinin tərkib hissəsi deyil. Sadəcə çox ibrətamiz bir məişət hadisəsidir.
Bir gün Nadir kişi rayondakı ticarət mərkəzindən bir şalvar alır. Şalvarın ayağı Nadir kişiyə bir az uzun olur. O, ailə büdcəsinə qənaət etsin deyə ticarət mərkəzindəki dərziyə 2 manat verib şalvarın ayağını kəsdirmir. Fikirləşir ki, evdə üç nəfər xanım var, onlar şalvarın ayağını kəsərlər. İki manatı da qalar cibində. Nadir kişi şalvar əlində evə gəlir. Evdəki xanımlarla salamlaşdıqdan sonra arvadı Fatiməyə deyir:
- Fatimə, əzizim, bu şalvarın ayağını kəs, əynimə bir az uzun olur.
Fatimə deyir:
- Başına dönüm, serialın ən maraqlı yeridir. Qoy qurtarsın, kəsərəm, gözüm üstə.
Nadir kişi arvadını serialdan ayırmaq istəmir. Gəlininə deyir ki, ay Sevda bu şalvarın ayağını bir az kəs, əynimə uzun olur. Sevda qaynatasına ədəb-ərkanla deyir:
- Nadir dayı, Whatchap-da bu dəqiqə yoldaşımla yazışıram. Qoy qurtarım, mənim gözüm üstə.
Nadir kişi fikirləşir ki, gəlini yoldaşından ayırmaq insafdan deyil, qoy yazışsın. Qızına yaxınlaşır. Qızı Lalə deyir:
- Ata Facebook-da bu dəqiqə qızğın müzakirə gedir. Qurtarıb sənin şalvarının ayağını kəsərəm, problem deyil.
Nadir kişi qayğıkeşlik edib fikirləşir ki, xanımların xətrinə dəyməsin. Və təzə aldığı şalvarı böyük həvəslə ayağını kəsir ki, sabah işə geysin.
Serial qurtarır. Fatimə xanım fikirləşir ki, Nadirin şalvarının ayağını kəsməli idi. Təcili şalvarı götürüb ayağını kəsir. Bundan sonra gəlin Sevda xanım əri ilə Whatchap yazışması qurtarır və dərhal durub qaynatasının şalvarının ayağını kəsir. Sonra izə Nadir kişinin qızı Lalə Facebook - dakı müzakirə qurtaran kimi sevimli atasının şalvarının ayağını kəsir.
Nadir kişi səhər durub şalvarı əyninə geyinir görür ki, şalvarn ayağı dizinə qədər kəsilib. Bir sözlə şalvar olub şortik.
Bu hadisə nə lətifədi, nə folklordu, nə də əfsanədir. Bu bizim kənd rayonlarından birində baş vermiş gerçək hadisədir.
Anan ölsün ay Mark, Nadiri nə günlərə saldın?!

Anan ölsün, ay Mark Nadiri nə günlərə saldın?!.
Səməd Vəkilov
Xudaferin.eu
16:13