Peyğəmbər əfəndimizin adından götürülmüş Mustafa (təriflənmiş, seçilmiş) adı bizim nəsil üçün uğurlu ad hesab olunur. Nəsildə Mustafa adında 2 nəfər klassik hüquqşünas olub. Biri Azərbaycan Xalq Cümhuriyyətinin 23 yaşlı Daxili İşlər Naziri, biri isə Azərbaycanın ilk hüquq professoru Mustafa ağadır. Elə mənim atamın da, oğlumun da adı Mustafadır. Atam Mustafa Vəkilov Sovet dönəmində ağır repressiyalar yaşamış bir ailədən çıxsa da heç vaxt məmur zümrəsindən çəkinməyib. Amma oğlum Mustafa Vəkiloğlunun polislərlə bağlı psixoloji problemi var desəm yanılmaram. O, bütün Azərbaycanlı uşaqları kimi polisdən çəkinir. Mən neçə vaxtı onu başa salmağa çalışıram ki, polis bizim dostumuzdur, onlar bizi qoruyur. Onlar ancaq oğruları tuturlar. Amma Mustafa dediyini deyir. Metroya minəndə soruşur ki, dədə, metroda niyə polis var? Deyirəm ki, polislər metroda yalnız adamları yoxlayırlar ki, adamlar metroya bomba qoymasınlar. Uşağa aşılayıram ki, polis yalnız bizi qoruyur. Bu məqsədlə bir neçə dəfə Mustafa ilə gedəndə polislərə yaxınlaşıb deyirəm: "Düz deyil, siz uşaqların dostusunuz? Polis yanaşmadan başa düşür deyə deyir hə". Yox birdən siz elə başa düşərsiniz ki, mən bizim polisləri qoruyucu mələk simasında görəcək qədər sadəlövəm. Qətiyyən. Mən Mustafanın simasında həm də polislərə aşılamaq istəyirəm ki, siz bizim dostumuzsunuz. Amma nə hacət. Yuzillər cəza aparatı rolunu oynamış polisin qanına yeriyib ki, sən cəzaverici funksiyanı həyata keçirirsən. Polis bu halından heç də narazı görünmür. Polis narahat olmur ki, balaca uşaqlar yemək yeməyəndə onu polislə qorxudurlar. Uşaqlar yatmayanda onu polislə qorxudurlar. Axırıncı dəfə Mustafa ilə "İçərişəhər" metrosuna minəndə metroda polisə yaxınlaşıb demək istəyirdim ki DÜZ DEYİL POLIS BİZİM DOSTUMUZDUR?. Siz uşaqları qoruyursunuz? Polis mənim Mustafa ilə birlikdə ona yaxınlaşdığımı görüb.Dedi: "Nədi sözünüzə baxmır?" Elə ağzını doldurub demək istəyirdi ki, ATANIN SÖZÜNƏ BAXMASAN SƏNİ TUTARAM. Sözünü yarımçıq qoydum. Düz deyil Siz bizi qoruyursunuz? Polis də mənim sözümə təəccüb qaldı. Və könülsüz də olsa təsdiq etdi. Təəssüf ki, hüquq mədəniyyətinin vacib komponenti olan polis-vətəndaş münasibəti elmi-nəzəri, sosial problem kimi hələdə öyrənilməmiş qalmaqdadır.
MUSTAFA VƏ POLİS

Səməd Vəkilov
Xudaferin.eu
15:43