Rüstəm Qasımov: ABŞ-a medal qazanmaq üçün gəlmişdim

Yaxşı yarış oldu və mən də uğurla çıxış etdim. Başda məşqçilərim Asif Məmmədov və Taleh Hüseynova minnətdarlığımı bildirirəm. Bir sözlə əməyi olan hər kəsə əziyyətinə görə çox təşəkkür edirəm. Medal qazanmağım çox yaxşı oldu.

Xudaferin.eu xəbər verir ki, bu sözləri ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyində 67 kiloqram çəki dərəcəsində birdən qaldırma hərəkətində bürünc medal qazanan Rüstəm Qasımov söyləyib.

Milli komandamızın yeniyetmə idmançısı deyib: “Qolumdakı zədəm təkanla qaldırmada və toplamda medal əldə etməyimə mane oldu. Buna baxmayaraq, sonadək mübarizə apardım və rəqabətdən çəkinmədim. Bura gələndə qarşıma medal qazanmaq məqsədi qoymuşdum. Sevinirəm ki, istəyimə nail ola bildim”.

Xudaferin.eu

17:22