“Rosneft” Şimali İraqdakı neft layihələrinə başlamaq niyyətindədir
Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkəti İraq Kürd Regional Rəhbərliyindəki (İKRR) neft layihələrinə başlamaq niyyətindədir.
Xudaferin.eu TASS-a istinadla xəbər verir ki, “Rosneft” ilin sonunadək Şimali İraqdakı neft yataqlarının işlənməsini, bu ərazilərdə neft və qaz hasilatı daxil olmaqla bəzi layihələrə başlamağı planlaşdırır.
“Rosneft”in rəhbərliyi ilə Şimali İraqdakı Duhok bölgəsindən bəzi səlahiyyətlilər görüşüb. Görüşdə ötən ilin oktyabrında tərəflər arasında imzalanan razılaşmaya əsasən, “Rosneft” cari ilin sonunadək regionun bəzi neft yataqlarının işlənməsi, neft və təbii qaz hasilatını əhatə edən layihələrə başlayacağı müzakirə edilib.
Qeyd edək ki, daha əvvəl “Rosneft” İKRR ilə Şimali İraqdakı 5 blokda neft axtarışına başlamaq üçün razılığa gəldiyini açıqlayıb.
“Rosneft”, həmçinin İKRR-dən neft almaq üçün də razılığa gəlib, lakin Rəsmi Bağdad bu müqavilələrin etibarsız olduğunu söyləyib.

Xudaferin.eu
13:35
Digər xəbərlər