Respublikaçı senator: Azərbaycan hökuməti Mehman Əliyevi dərhal azadlığa buraxmalıdır

 

Amerikalı respublikaçı senator Marko Rubio Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin dərhal azadlığa buraxılmasına çağırıb. “Azərbaycan hökuməti görkəmli jurnalist Mehman Əliyevi dərhal azadlığa buraxmalıdır”, Marko RubioMətbuat azadlığına təzyiqlərə yox!” heşteqi ilə Tvitter səhifəsində yazıb.

Florida ştatını təmsil edən Senator Rubio insan haqlarına yetirdiyi diqqətə görə tanınır. O, avtoritar rejim mənsublarına sanksiyalar tətbiq edilməsində aktiv rol oynayıb. Prezident Donald Trampla yaxın münasibətləri olan Senator Rubio bu günlərdə Venesuelanın yüksək rütbəli rəsmilərinə qarşı sanksiyaların tətbiq olunmasında fəallıq nümayiş etdirib. Senator Rubio dünya boyu avtoritar rejim mənsublarına sanksiyalar tətbiq edilməsində aktiv rol oynayıb. "Hazırkı durum Venesuelada Maduro rejimini dəstəkləyən insanlara sanksiyalar tətbiq olunmasına haqq qazandırır," deyə Rubio əlavə 10 Venesuela rəsmisinin adını administrasiyaya təqdim etdikdən sonra söyləyib.

Avqustun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Turan İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Bundan bir gün əvvəlisə o, artıq şübhəli şəxs qismində saxlanmışdı. Vergilər Nazirliyi avqustun 8-də Turan Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, agentlik vergidən yayınmalara yol verib. M.Əliyev ittihamları qəbul etmir.

Turan İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən vaxtadəki dayandırmaq məcburiyyətindədirlər. Avqustun 28-də Turan İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Verilən məlumata görə, əməkdaşlar Turan-a qarşı qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər. Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara Turan İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.

Amerikaninsesi.org

10:15