Ərdəbildə mollakratiya rejiminin rəzaləti davam edir

 

Belə ki, Güney Azərbaycanın bu şəhərində Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan və siyasi məhbus kimi tanınan  Mustafa Pərvinin rəsm sərgisi ləğv edilib. Daha öncələr Mustafa Pərvin mollakratiya rejimi tərəfindən tutuqlanmış və hətta ən qəddar cəza üsullarından biri olan şallaq cəzasına məruz qalıb
 

Güney Azərbaycanın Ərdəbil şəhərindəki mollakratiya rejiminin “Mədəniyyət və İslami İrşad İdarəsi” oktyabrın 30-da fəaliyyətə başlayacağı planlaşdırılan Güney Azərbaycan Milli Hərəkatının fəalı və rəssam Mustafa Prəvinin rəsm sərgisini ləğv edib. Mustafa Pərvin Güney Azərbaycanda Türk dilində məktəblərin açılması və ana dilində təhsil üçün keçirilən etiraz aksiyaları və siyasi məhbuslara dəstək kampaniyalarına qatılması kimi fəaliyyətlərinə görə keçmişdə həbs və şallaq cəzaları ilə qarşılaşıb. Onun açmaq istədiyi sərginin ləğvi məsələsində rəssamın keçmişdə həbsdə olması və göstərdiyi siyasi fəaliyyətlərlə bağlıdır. Sərginin bölgədəki mollakratiya rejiminin təhlükəsizlik idarəsinin birbaşa əmri ilə ləğv edilməsi birmənalı şəkildə olması hər kəs tərəfindən aydın bir məsələ kimi başa düşülür. Mustafa Pərvinin əsərlərinin 30 oktyabr ilə 3 noyabr tarixləri arasında mədəniyyət idarəsinin “Fədək Qalereyası”nda nümayişə qoyulacağı gözlənilirdi. Buna görə də Mustafa Pərvin etiraz əlaməti olaraq, qalerayanın binası qarşısında onun sərgisinin ləğvinə görə əlində etiraz plakatını tutması demək olar ki, bütün sosial şəbəkələrdə paylaşılıbdır.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Muğan Bürosu”

 

10:00