Rabitə Nazirliyində sensasiya: 3 qurum ləğv olunur

Rabitə Nazirliyində sensasiya: 3 qurum ləğv olunur, Elnur Aslanovun şöbəsində ixtisarlar başlanırRabitə və Yüksək Texnologiyalar Nazirliyində sensasion islahatlar başlanır. Nazirlikdəki mötəbər qaynaqlardan daxil olan məlumata görə, bir neçə şöbənin ləğvi və işçilərin ixtisarı planlaşdırılır. Mənbə qeyd edir ki, hazırda 4 şöbənin ləğv olunması gündəmdədir. Bildirilir ki, Elm, Texnologiya və İnformasiya cəmiyyətinin inkişafı şöbəsi, İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsi, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi və ən nəhayət Elektron İdarəçiliyin İnkişafı şöbəsində dəyişikliklər gözlənilir.

Qaynağımız qeyd edir ki, sonuncu - Elektron İdarəçiliyin İnkişafı şöbəsi ləğv olunmasa da, ixtisarlar nəzərdə tutulur. Bu şöbənin son müdiri qalmaqallı məmur, PA-nın keçmiş fətullahçı şöbə müdiri Elnur Aslanov olub. Digər yuxarıda adı keçən 3 şöbənin isə ləğvi nəzərdə tutulur. Mənbənin sözlərinə görə, E.Aslanov vəzifəsindən kənarlaşdırılandan sonra şöbənin fəaliyyəti daha da məhdudlaşıb. Hazırda nazirlik qənaət rejiminə keçib, həm struktur islahatları, həm kadr islahatları həyata keçirilir. Bu xeyli sayda rabitəçinin işsiz qalacağı deməkdir. Bildirək ki, Elnur Aslanov bundan əvvəl (2007-2014-cü illərdə) Prezident Administrasiyası Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb. Onun adı Türkiyədə terrorçu elan edilmiş “Hizmət” hərəkatının rəhbəri Fətullah Gülənə yaxın adamlar sırasında hallandırılandan sonra Prezidentinin Administrasiyasındakı vəzifəsindən uzaqlaşdırılmışdı. Bir müddət əvvəl isə media onun “fətullahçılar”ın (FETÖ) lideri Fətullah Gülənə yazdığı məktubu üzə çıxararaq yaymışdı. Amma Elnur Aslanovun özü Fətullah Gülənlə bağlılığı barədə iddiaları təkzib edib. E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur. İnternet xidməti haqqının ayın ilk 6 günü ərzində ödənilməsi barədə qanunsuz tələbin ardınca poçt, aylıq telefon abunəsi, internet və mobil telefon tariflərinin məbləğində dəyişiklik ediləcək. Nazirlik Tarif Şurasına müraciətində bu xidmətlər üzrə bahalaşmaya gedilməsini istəyir. Hazırda rabitə tariflərinə yenidən baxılması prosesi gedir. Bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. Poçt, aylıq telefon abunəsi, internet və mobil telefon tariflərinin məbləğində artım əhalinin cibinə növbəti dəfə girmək, soyğunçuluq etmək olacaq.

Politika.Az

17:05