Tarif Şurasının qərarına edilən dəyişiklikdən nə qədər “qazandıq”?

Tarif Şurası təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırıb.

Bu qərarı şərh edən ADR (Azərbaycan Demokratik Reformlar) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bildirib ki, bu, normadan artıq qaz istehlak edənlərin illik xərcini 20 manat, elektrik enerjisi istehlak edənlərin illik xərcini isə 24 manat azaladacaq: “Xatırlayırsınızsa, Tarif Şurasının qərarını şərh edərkən dərc etdiyim "Ədalətsizliyin differensiyası və ya bir daha Tarif Şurasının qərarının fəsadları haqqında" yazıda differensiallaşma normasın düzgün müəyyənləşdirilmədiyini qeyd etmişdim. Hələ o zaman təklif etmişdim ki, elektrik enerjisi üçün diffensiallaşma norması ailə üzvlərinin sayı ilə əlaqələndirilməli və 2 nəfərlik ailə üçün bu norma 300 kilovat-saatdan başlamalıdır. Yeri gəlmişkən müqayisə üçün onu da qeyd edim ki, Gürcüstanda da bahalı tarif 300 kilovat-saatdan səviyyəsindən başlayır, Qırğızıstanda aşağı tarifin maksimum norması 700 kilovat-saatdır. Türkmənistanda isə hər ay adambaşına 35 kilovatt, 1 ailə üçün minimal olaraq isə 100 kilovatt elektrik enerjisi pulsuz verilir. Onu da əlavə edim ki, əhali qrupu üçün Qırğızıstanda 1 kilovat elektrik enerjisi 1,1 sent, Qazaxıstanda 4,7 sent, Azərbaycanda isə yuxarı tarif üzrə 6,3 sentdir. Tarif Şurasının qərarına korrektə edərək qaz və elektrik enerjisi üçün differensiallaşma normaları dəyişdiyi halda qiymətlərin sabit saxlanılması onu göstərir ki, digər enerji bazarlarında da tariflərin artırılacaq”.

Şamo
Hurriyyet.org

15:19