Donald Tramp: "Tvitlərim olmasaydı, mən burada olmazdım"
ABŞ prezidenti Donald Tramp Ağ Evdə nəyə görə Almaniya kansleri Angela Merkelin əlini sıxmadığını şərh edib.
Tramp jurnalistin "əllə görüşün" sözlərini eşitmədiyini bildirib: "Kansler Merkel ilə möhtəşəm bir görüş keçirdik. Beş dəfə əlini sıxdım. Sonra yan-yana oturarkən, deyəsən bir jurnalist "onun əlini sıx" dedi. Mən onu eşitmədim".
Sosial şəbəkələrdə aktiv olan Donald Tramp "atdığınız tvitlərdən hər hansı birinə görə peşmansınızmı" sualına belə cavab verib: "Tvitlər olmasaydı, mən burada olmazdım. Facebook, Instagram və Twitter-də 100 milyondan çox izləyicim var. Saxta mediaya müraciət etmək məcburiyyətində deyiləm. Atdığım tvitlərin heç birindən peşman deyiləm. Yüzlərlə tvit atarkən arada bir uğursuzları ola bilər. Bu, o qədər də pis deyil".

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”
06:27
Digər xəbərlər