Monqolustan bir dövlət olaraq iflas durumunda

Bu ölkə də batır, əhali dövlətə borcunu ödəmək üçün pul, qızıl və... atlarını verir

İqtisadi durumu pisləşən Monqolustanda xarici borcların ödənilməsi üçün vəsait toplanmağa başlayıb. Vətəndaşlar ölkənin xarici borcunu ödəmək üçün pul, zinət əşyaları ilə yanaşı hətta atlarını da verirlər. “Reuters”in yazdığına görə, bu ilin martında Monqolustan İnkişaf Bankı 580 milyon dollar toplamalıdır. Hazırda ölkə rəhbərliyi Çin və Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparır. Ancaq investorlar vəsaitin vaxtında qaytarılmayacağından narahatdır. Bu il yanvarın 30-da ölkənin tanınmış iqtisadçısı Buxu Osorqarav vətəndaşlara müraciət edərək dövlətə kömək etməyə çağırmışdı. Özü isə xarici borcun ödənilməsinə yardım məqsədilə 40 min dollar, qızıl üzük və 10 atını bağışlamışdı. Monqolustan parlamentinin bir neçə üzvü də bu təşəbbüsü dəstəkləyib. Deputatlardan biri dövlət xəzinəsinə 3 aylıq maaşını bağışlayıb. Yerli nəşr olan “UB Post”un yazdığına görə, borcun ödənilməsi üçün 8 yaşlı uşaq 40 sent, 30 yaşlarına qədər olanlar 9 dollar, 50 yaşlı monqollar isə 81 dollar ödəməlidir. Monqolustan baş naziri Jarqaltulqın Erdenebat bildirib ki, artıq xarici borcu ödəməyin çıxış yolu tapılıb. Buna baxmayaraq, dövlət vətəndaşlardan yardım qəbul edir. Toplanan vəsait başqa istiqamətə xərclənəcək.

Xudaferin.eu

11:32