Güney Azərbaycanının Ərədbil şəhərində fəaliyyət göstərən ictimai fəal, yazar və “Saray” dərgisinin sahibi Müjgan Siyami öz evində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət alınıbdır. Hal-hazırda Müjgan Siyaminin harada saxlanıldığının səbəbi bəlli deyil.
“Son Sekans” adlı türkcə hekayələr toplusunun müəllifi kimi tanınan Müjgan Siyami eyni zamanda Güney Azərbaycan çağdaş ədəbiyyatının ünlü simalarından biri hesab olunur. Bununla yanaşı, Müjgan xanımın başqanlığı altında dərc olunan “Saray” dərgisi yeni milli ədəbi prosesə təkan verən naşirlərdən biri kimi də Güney Azərbaycanda sevilən yazarlardan biridir.
Onu da qeyd edək ki, Müjgan Siyami bu ilin aprel ayında ölkədə keçirilən növbəti president seçkiləri zamanı adaylığını irəli sürmüş qadın hərəkatının ünlü simalarından biri kimi də çox məşhurlaşmışdı. Onu həmin seçki marafonunda daha da məşhur edən amillərdən biri də: “Mən president olsam, dini dövlətdən ayıracam” şüarı idi. Məhz bu şüarın sayəsində milyonlarla yeni nəsil nümayəndələri tərəfindən də böyük dəstək qazanmışdı.
Milli fəal Müjgan Siyami tutuqlandı

Xudaferin.eu
Güney Azərbaycan, “Muğan Bürosu”
09:42
Digər xəbərlər