Jurnalistləri Müdafiə Komitəsi Nicat Əmiraslanovu dərhal azad etməyə çağırır

 

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hökumətini jurnalist Nicat Əmiraslanovu dərhal azad etməyə çağırır.https://cpj.org/2017/05/azerbaijani-journalist-sentenced-to-30-days-in-p...

Mayın 24-də yaydığı bəyanatda CPJ-nin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova hakimiyyəti tənqidçi jurnalistlərin təqibinə və həbsinə son qoymağa çağırıb. Ognianova hökuməti jurnalistlərin «qondarma, intiqam məqsədi daşıyan» ittihamlarla suçlanmasını dayandırmağa səsləyib. Əmiraslanovun yaxınları və həmkarları hesab edir ki, yerli hakimiyyət ondan internetdə yazdıqlarına, jurnalist fəaliyyətinə görə qisas alır. Hakimiyyət təmsilçiləri heç bir jurnalistin peşəsinə görə təqib olunmadığını, ölkədə media azadlığının tam təmin olunduğunu bildirir.

Qazax rayonunda yaşayan jurnalist N.Əmiraslanova mayın 23-də 30 sutka inzibati həbs cəzası verilib. Onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsini pozduğu iddiası ilə cəzalandırıldığı deyilir. Həmin maddədə söhbət polisin qanunu əmrinə tabe olmamaqdan gedir.

Amerikaninsesi.org

09:21