İŞİD RAKKADA MÜHASİRƏYƏ ALINDI

“Röyters” informasiya agentliyi son xəbərlərində İŞİD-in de-fakto paytaxtı, qalası olan Rakkanın tamamilə mühasirəyə alındığını bildirib. ABŞ-ın dəstəklədiyi, PKK-nın Suriya qolu olan YPG-nin üzvlərindən ibarət olan qrup Rakkanı tamamilə mühasirəyə alımaq üçün hücuma keçdiklərini bildirib.

ABŞ koalisiyası ilə YPG birgə addımlayacaq

ABŞ-ın başında durduğu beynəlxalq koalisiyanın artan dəstəyi ilə hərəkətə keçdiklərini bildirən Suriya Demokratik Qüvvələri təmsilçiləri koalisiya qüvvələrinin həm havadan, həm də quruda xüsusi təyinatlılar vasitəsilə kömək təminatı aldıqlarını söyləyiblər. Bəyanatda İŞİD terrorçularının əlində olan Deyr əz Zora gedən yolun da geri alınacağı bildirilib.

Zirehli avtomobillərlə şəkil çəkdiriblər

“Röyters” Rakkada çəkilən şəkilləri də dünyaya yayıb. Cəbhədə halay çəkən YPF üzvlərinin zirehli maşınları olduğu görünür. Şəkillərdə ingilis hərbçisi də var. ABŞ-ın YPG üzvlərinə zirehli avtomobil verməsi son günlərdə gündəm xəbərlərinə çevrilmişdi. Pentaqon əvvəlcə onları SDQ içərisindəki ərəb qüvvələrinə verdiyini iddia eləsə də, sonda YPG yaraqlılarının da ixtiyarına keçdiyini etiraf eləmişdi. Vaşinqton dekabr ayında Rakka ətrafına əlavə olaraq 200 əsgər göndərəcəyini də bəyan eləmişdi. Hazırda regionda 500 ABŞ əsgəri var. Beynəlxalq koalisiyanın üzvü olan Fransanın əsgərləri də mühasirədə iştirak edirlər. ABŞ prezidenti Donald Tramp bir ay içərisində İŞİD-ə qarşı yeni bir plan hazırlanmasını tələb edib. Rakka ilə Mosul İŞİD-in əlində qalmış iki ən mühüm şəhərlərdi. 17 oktyabrda başlanan Mosul əməliyyatı nəticəsində Mosulun şərq hissəsi İŞİD-dən tamamilə təmizlənib və şəhər tamamilə mühasirəyə alınıb.

Türkiyə YPG-yə görə vaz keçdi

Türkiyə və ABŞ arasında bundan əvvəl həyata keçirilən danışıqlarda Rakka əməliyyatını birlikdə həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin ABŞ-ın YPG-ni dəstəkləməsi bu addımı gündəlikdən çıxardı.

Hurriyyet.org

10:55