İran mollakratiya rejiminin yalanları üzə çıxır

Həsən Ruhani iqtidarından daha bir etiraf:Urmu Gölünün 1030km²  ərazisini yenidən canlandırılması mümkün deyil

İran mollakratiya rejiminin başında istər qatı mühafizəkar, istərsə də demokrat cildinə bürünərək islahatçı görünüşlə siyasi gündəmə gələn Tehran rejimi heç bir zaman Güney Azərbaycan siyasətində antitürk hədəflərindən geri çəkilməyəcəklər. Türk millətinin Urmu Gölünün xilas edilməsi problemi ilə bağlı Güney Azərbaycanın şəhərlərində və bütün qəsəbələrində etirazlar etməsinə baxmayaraq, Tehran rejimi hiyləgərcəsinə hər dəfə yalan vədlər verməklə irəli sürülən tələb və təkliflərə əməl etməmişdir. Urmu Gölü ətrafından yaranmış ekoloji problemlərin həll edilməsi, gölün qurudulmasının qarşısının alınması kimi problemlər bu gün də aktual olaraq qalır. Ötən müddət ərzində “Urmu Gölünü Canlandırma Mərkəzi” adlı bir qurum yaradılsa da, əslində bu qurum əhalinin qəzəblənmiş duyğularını yatırtmaq kimi fəaliyyətləri sərgiləmişdir. O da bir gerçək faktdır ki, ötən illərdir ərzində bu mərkəz Gölün canlandırılması üçün bir addım da olsun atmamışdır. Mərkəzin rəisi İsa Kəlantəri mayın 4-da mətbuata verdiyi açıqlamasında Urmu Gölünün gələcəyi ilə bağlı bunları bildirib: “Urmu Gölünün 1030km²  kvadrat kilometr qurumuş ərazisi əvvəlki görkəminə qayıda bilməz”.

İsa Kəlantəri bu yalanları ilə yanaşı, Azərbaycan Türklərinin seçki qabağı diqqətini Urmu Gölü üzəridən Həsən Ruhaniyə doğru çəkməyə çalışıb. O görülən işlərlə bağlı ölkə rəsmiləri tərəfindən səsləndirilən əsassız iddialara birini də əlavə edib. O, vurğulayıb ki, “Urmu Gölünü Canlandırma Mərkəzi” son 3 ildə duz fırtınalarının qarşısını almağa çalışıb və bu yöndə 70 faiz nəticə əldə olunub.Bu mərkəz Həsən Ruhani iqtidarının siyasəti olduğunu qeyd edib”. Onun belə bir məzmunda çıxış etməsinin əsas səbəbi isə  bu gün ,Kəlantərinin yalandan don geymiş təbliğatlarının bir parça olduğu da üzə çıxır.

Güney Azərbaycan Türkləri tərəfindən Urmu Gölün canlandırması məsələsinə görə baş verən etirazlara cavabında İsa Kəlantəri bu mərkəzin heç iş görə bilmədığını, Mərkəzin  bir quru görüntü və addan ibarət olduğunu və dövlət tərəfindən mərkəzə ayrılan az da olsa maliyə budcənin belə verilməməsini açıqlamışdı.

Qeyd edək ki, Güney Azərbaycanın Urmu Gölü İran mollakratiya rejiminin “Sepah” (İslam İnqilabının Mühafizləri Ordusu) tərəfindən iqtisadi və mafiyanın hədəfləri ilə qurudulur. Bu məsələ illərdir Güney Azərbaycan Türklərinin etirazlarına səbəb olub. Bu gün İran adlanan ölkənin hazırkı prezidenti Həsən Ruhaninin 4 il öncə seçkiqabağı öz kampaniyasında Urmu Gölünü qurtaracağı ilə bağlı yalan vədlər vermişdi. Beləliklə də milləti sandıq başına çəkib və küçə etirazlarını beləliklə etkisiz bir duruma salmağı başarmışdı. Öz vədələrinə əməl etməyən Həsən Ruhanidan əlavə, Göl sürətlə “Sepah Pasdar”ın əlilə qurutulması davam edir və bu günə qədər gölün xilası üçün heç bir əməli addım atılmayıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

09:39