Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Gədəbəy rayonu Arıqıran kəndi ərazisində ağac kəsintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.
Xudaferin.eu-nun oxu.az-a istinadən məlumatına görə, araşdırma zamanı Gədəbəy rayonun Arıqıran bələdiyyəsinə məxsus torpaq sahəsində köküstə yaş iki ədəd gavalı ağacının kənd sakini Sahib Məmmədov tərəfindən kəsildiyi aşkar edilib və təbiətə 220 manat məbləğində ziyan dəydiyi məlum olub.
Faktla bağlı protokol tərtib olunub və qanun pozucusu İnzibati Xətalar Məcəlləsinə əsasən, iki min manat məbləğində cərimə edilib.
İki ağac kəsdi, iki min manat cərimələndi

Xudaferin.eu
15:01
Digər xəbərlər