Ermənilər cəbhə boyunca biçilməmiş taxıl zəmisini yandırdılar
Ermənistan silahlı qüvvələrinin bölmələri yandırıcı güllələrdən istifadə edərək cəbhə bölgəsində biçilməmiş taxıl zəmisinə od vurublar.
Düşmən ordusu hərbçilərinin atəş açması nəticəsində Xocavənd rayonunda 45 hektar taxıl sahəsi yanaraq kül olub. Yerli sakinlərin verdiyi məlumata görə, hadisə rayonun Ağburun adlanan ərazisində baş verib. Biçilməmiş sahədə yanğın qısa zamanda genişlənərək 100 tona yaxın buğdanı məhv edib. Hadisə yerinə Fövqaladə Hallar Nazirlyinin bir neçə rayonunun yanğınsöndürənləri cəlb edilib. Alovun qarşısı alınaraq digər zəmilərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, ermənilər ilk dəfə bu taktikadan Çarlıq Rusiyasının Quzey Qafqazı işğal siyasəti zamanı istifadə ediblər. İndiki Stavropol, Krasnodar, Rostov və Həştərxan bölgələrinin işğalı dönəmində Krım, Quzey Qafqaz erməniləri Çarlıq Rusiyasına sədaqət göstərmək üçün, rus ordusunun erməni kökənli general Lazarevin komandanlığı altında yerli toplumları çökdürmək üçün onların tarlalarını yandırmaqla gözlənilən uğurlar əldə etmişdilər.

Xudaferin.eu
“Qarabağ Bürosu”
09:41
Digər xəbərlər