`Yeni Nəsil Qadın Koalisiyası`nda daha bir görüş Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyinin mədəni əlaqələr şöbəsinə rəhbərlik edəm Emi Petersonla oldu.
Emi Petersonun işgüzar fəaliyyəti görüş iştirakçıları arasında son dərəcə maraq doğurdu. O, hələ 2003-cü ildə könüllü kimi İsmayıllıya gəlmiş və orta məktəblərin birində ingilis dili dərsi demişdir. Elə buradaca Azərbaycan dilini öyrənməyə başlamışdır. Çünki ətrafdakı insanlarla danışmaq və anlaşmaq üçün başqa seçim yox idi.
Emi gənclərə digər könüllülük fəaliyyəti ilə, eləcə də karyera pillələrində irəliləməsi ilə maraqlı məlumatlar verdi.
Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin təşkil etdiyi bu görüş `Yeni Nəsil Qadın Koalisiyası` layihəsi çərçivəsində həyata keçirilir. Layihəni Avrasiya Əməkdaşlıq Fondu dəstəkləmişdir. Məqsəd ictimai fəaliyyətə yeni başlamış gənc xanımların bilik və bacarıqlarının artırılması, onların gücünı güc qatılmasıdır.
Bu layihə çərçivsində bir sıra görüşlər keçirilmişdir. Ölkəmizin ictimai liderləri, biznesdə uğur qazanmış qadınlar, eləcə də, beynəlxalq təşkilatların, səfirliklərin Bakı ofislərində çalışan diplomat qadınlarla görüşlər davam etməkdədir.
Fransa səfirinin baş müşaviri Fabian Drout-Lozinski, Avropa İttifaqının Bakı ofisində siyasi məsələlər üzrə müşavir Nİna Maria Lindvall `Yeni Nəsil Qadın Koalisiyası` üzvləri ilə öz işgüzar karyeraları boyunca uğur hekayələrini paylaşmış, eləcə də problemlərdən söz açmış, onları adlamaq təcrübələri ilə bölüşmüşlər.
Emi Petersonla görüş isə bir qədər fərqli oldu. Çünki Emi Azərbaycanca gözəl danışırdı. Tərcüməyə ehtiyac olmadığından iştirakçılarla söhbət və müzakirələr çox canlı və sürətli alınırdı.
Emi Peterson yaxınlarda Azərbaycanı tərk edib Vaşinqtona qayıdacaq. Fəaliyyətini öz ölkəsində davam etdirəcək. Lakin hələlik çalışdığı proqramlar, xüsusilə təhsil və mədəni proqramlarla bağlı zəngin məlumatını görüş iştirakçıları ilə bölüşdürdü. Onların bu istiqamətdə çoxsaylı suallarını da cavablandırdı. Bu bilgilər gənclər üçün çöx zəruri idi, çünki, məlum olduğu kimi ABŞ təhsilinə can atan gənclərimizin sayı gün-gündən artmaqdadır.
Emi Peterson eləcə də, Amerika qadınlarının bu günkü ictimai müzakirələrindən, ictimai problemləri aradan qaldırmaq üçün nəsilbənəsil davam edən qadın ictimai fəallığından danışdı. Gender bərabərliyinin və qadın iştirakçılığının təminatının yüzillik mübarizə dönəmi tələb etdiyindən, davamlılığın vacib olmasından söhbət açdı. O dedi; bu elə bir istiqamətdir ki, nə qədər çalışsan da onun nəticələri bu gün olmur, amma davamlı və nəsilbənəsil çalışarsınızsa gələcəkdə mütləq bu uğurdan hər kəs fayda götürəcək; həm qadınlar, həm kişilər, həm uşaqlar. Eləcə də həm cəmiyyət, həm dövlət.
Görüş ABŞ və Azərbaycan arasında təhsil, ictimai, mədəni əlaqələrlə bağlı suallar, bu kimi sualların maraqlı cavabları və xoş təəssüratlarla başa çatdı.
Emi Peterson; Gender bərabərliyi yüzillik mübarizənin nəticəsidir

Xudaferin.eu
23:11
Digər xəbərlər