Diktator Yeni il bayramını yasaqladı: “İsa peyğəmbərə yox, nənəmə sitayiş eləyin”

Quzey Koreyanın diktatoru Kim Çen İn Yeni il bayramını yasaq edib və bildirib ki: “İsa peyğəmbərə yox, nənəmə sitayiş eləyin”

Quzey Koreyanın prezidenti Kim Çen İn Yeni il ərəfəsində verdiyi qərarlarla hamını təəcübləndirib. Diktator lider ölkədə yeni il bayramının keçirilməsini qadağan edib. Üstəlik, şimali koreyalıların həzrəti İsaya yox, ata nənəsinə iman gətirməsini tələb edib. “İndia Times” qəzetinin verdiyi məlumata görə, Kim, Quzey Koreyada xalqın həzrəti İsanı unudub, onun yerinə nənəsinə şükür eləməsi üçün yeni il bayramını qadağan edib.  Nənəsi Kim Çen Sukun xristianların qeyd elədiyi Milad bayramı ərəfəsində doğulduğunu xatırladan Kim xalqdan peyğəmbərə deyil, nənəsinə rəğbət bəsləməsini istəyib.  
Qeyd edək ki, Quzey Koreyada Kim Çenin ata nənəsi bir partizan olan kommunist fəal Kim Çen Suk “İnqilabın müqəddəs anası” kimi tanınır. Bu ölkə dünya birliyinə qapalı olan dövlətlərdən biri sayılır. Quzey Koreyada internet faktiki olaraq yasaqdır. Ölkə kommuna qanunları ilə idarə olunur.  

Hurriyyet.org

13:06