Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək. AMB-dən verilən məlumata görə oktyabrın 9-da keçiriləcək hibrid depozit hərracında 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir. Qeyd edək ki, “Bloomberg” ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99 faiz təşkil edir. AMB il ərzində bir neçə dəfə depozit hərracları keçirir ki, bunun da bir neçə səbəbi var. Bu ilk növbədə kommersiya banklarının müəyyən qədər gəlir əldə etməsinə şərait yaradır.
Digər tərəfdən, AMB-nin məzənnə siyasətini tənzimləməsində xüsusi əhəmiyyətə malikdir. Ekspertlər hesab edir ki, bankların depozit hərraclarına maraq göstərməsinin özü də iqtisadi aktivliyin aşağı səviyyədə olduğunun bariz göstəricisidir. Çünki bankların kredit portfeli kifayət qədər aşağı düşüb. Bu isə onu deməyə əsas verir ki, banklar kreditlərdən əldə etdiyi gəlir imkanlarından məhrum olub. Mərkəzi Bank isə depozit hərracları keçirməklə həm bankların, həm də özlərinin maraqlarını təmin etməyə çalışır. Ölkədə iqtisadi aktivliyin aşağı olması, bankların kreditləşməyə getməməsi və Mərkəzi Bankın məzənnə siyasəti biznes və əhali üçün də ciddi problemlər yaradır. Yuxarıda qeyd olunanları nəzərə alsaq, bütün bu proseslər vətəndaşlara da təsirsiz ötüşmür. Məlumdur ki, bu gün istər biznesin, istərsə də əhalinin kreditə ciddi ehtiyacı var. Ancaq mövcud durum əhalini və sahibkarları bu imkanlardan istifadə etməyə imkan vermir. İqtisadçıların fikrincə də bu məsələnin həll olunmaması, ümumilikdə ölkənin iqtisadi aktivliyinə və əhalinin vəziyyətinə mənfi təsir göstərir.
İqtisadçı-ekspert Natiq Cəfərli şərhində deyib ki, əslində Mərkəzi Bankın məqsədi aydındır. Mərkəzi Bank dövriyyədə olan artıq manat kütləsini yığmaqla inflyasiyanın qarşısını almağa çalışır: “Halbuki buna nail ola bilmir, hələ də ikirəqəmli inflyasiyadır. Digər tərəfdən, Mərkəzi Bank bu hərraclar vasitəsilə vlayutanın manata qarşı təzyiqinin qarşısını almağa çalışır. Bankların isə əllərində çox nadir alətlər qalıb ki, gəlir gətirsin. Kreditləşmə kəskin aşağı düşüb, banklar kreditlərdən gəlir əldə edə bilmirlər. Banklar heç verdikləri kreditləri toplaya bilmirlər. Ona görə də banklar maraqlıdır ki, əllərində olan manatı illik 10 faizdən yuxarı olan gəlirlə Mərkəzi Bankın elan etdiyi vaxt çərçivəsində yerləşdirib gəlir əldə etsin. Banklara da bunun müəyyən dərəcədə xeyri var, ancaq iqtisadiyyata heç bir xeyiri yoxdur. Ona görə ki, iqtisadiyyatda manat kütləsi azaldıqca iqtisadi aktivlik də aşağı düşür, kreditləşmə dayanır və iqtisadiyyatda canlanmaya nail olmaq mümkün olmur. Halbuki hökumət bunu qarşısına məqsəd kimi qoyub. Hətta bu günlərdə açıqlanan rəsmi məlumata görə ötən ilə nisbətən bu il kreditləşmə təxminən 4.5 milyard manat aşağı düşüb. Bu həm də Mərkəzi Bankın keçirdiyi depozit hərraclarının nəticəsidir. Manat kütləsi əlində olan banklar kreditə yönəldə bilmirlər, ona görə də bu hərraclara maraq göstərməyə başlayıblar”.
Natiq Cəfərli həmçinin vurğulayıb ki: “Əslində bu prosesin vətəndaşa heç bir xeyri yoxdur. Bu sadəcə, Mərkəzi Bankla kommersiya bankları arasında olan əməliyyatdır. Vətəndaşa dolayısı yolla ziyan olur ki, iqtisadi aktivlik zəiflədikcə iş yerləri, gəlirlər azalır. Bu da dolayısı yolla vətəndaşa təsir göstərir. Digər tərəfdən, kredit faizləri olduqca yüksəkdir və vətəndaş onsuz da götürdüyü kreditləri qaytarmaqda çətinlik çəkir. Hətta biznesin belə kreditləri qaytarması üçün iqtisadi aktivlik olmalıdır ki, həm faizləri, həm vergini ödəsin, həm də özü pul qazansın. Əgər biznes kreditləri, istehlak kreditləri 25-30 faizə qədərdirsə, təbii ki, heç kim kreditə maraq göstərməyəcək. Kredit faizləri aşağı çəkilsə, iqtisadi canlanma olsa, təbii ki, bu vətəndaşın xeyrinə olardı. Hələ ki, banklar özlərini sığortalamaq və az da olsa, gəlir əldə etmək üçün Mərkəzi Bankın keçirdiyi depozit hərraclarına maraq göstərir”.
Depozit hərracları: Kimin cibinə işləyir?

Vilayət Muxtar
Cebhe.info
12:06
Digər xəbərlər