Cəbhədə 6 erməni hərbçisi məhv edildi

 

Ötən gün cəbhədə Erməni Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu məhv edilib.
 

Bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyi iyunun 16-da cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümünə dair məlumata münasibət bildirərkən açıqlayıb. Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, düşmən tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib. Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib. Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir.

Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində daha bir erməni hərbçi məhv edilib.
Ermənistana məxsus panorama.am saytı bildirir ki, 1997-ci il təvəllüdlü Narek Qasparyan bu gün səhər 09.40 radələrində aldığı qüllə yarasından ölüb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi dünən cəbhədə 5 erməni hərbçinin məhv edildiyi barədə məlumat yayıb.

 

BakuPost

 

17:36