Bayram yarmarkasının günləri və yeri açıqlandı

Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin təşkil edəcəyi bayram yarmarkasının tarixi açıqlanıb. 

Xudaferin.eu xəbər verir ki, “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin mətbuat xidmətinin rəhbəri Mayis Musayevin sözlərinə görə, yarmarka dekabrın 21-30-da, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 154 ünvanında keçiriləcək. 

“Yarmarkanı beş gün müddətində keçirməyi nəzərdə tutmuşduq. Ancaq istəyin çox olduğunu nəzərə alaraq yarmarkanın vaxtını uzatdıq”, - o qeyd edib. 

Xudaferin.eu

17:04