Badmintonçularımız Nigeriyada beynəlxalq turnirdə iştirak edirlər

İyulun 18-də Nigeriyada badminton üzrə "Lagos İnternational-2018" beynəlxalq turniri başlayıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, turnirdə ölkəmizi Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni təmsil edirlər.

Təmsilçilərimizdən Ezmi Qovimuramadhoni mübarizəyə daha erkən qoşulacaq. Təsnifat mərhələsinin ilk görüşündən azad olan Ezmi ikinci mərhələdə nigeriyalı badmintonçular Kabiru Sarkin-Miri Adamu - Folorunşo İlesanmi Opeyori cütünün qalibi ilə üz-üzə gələcək.

Turnirə əsas mərhələdən start verəcək Edi Reski Dviçayonun ilk görüşdə rəqibi nigeriyalı Usman Ayo İsiaq olacaq.

"Lagos İnternational-2018" beynəlxalq turnirinə iyulun 21-də yekun vurulacaq.

Xudaferin.eu

04:50