Bu gün “İşğal altında: Şuşa. Qisas” kompüter oyununun və “Qarabağı tanı” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Şuşa rayon İcra başçısı Bayram Səfərov, millət vəkilləri və digər qonaqlar iştirak edib. Tədbirdə çıxış edən A.Rəhimov bildirib ki, Şuşa ilə bağlı belə bir layihənin hazırlanması çox sevindirici haldır və ölkəmiz üçün vacib əhəmiyyət kəsb edir: “Gənc nəsil və uşaqlar tariximizi bilməlidir, vətənpərvər ruhda böyüməlidir. Biz daha çox gəncləri bu işə cəlb etməliyik. Bizim torpaqlarımız işğal altındadır, bizim orada abidələrimiz var, ona görə də biz dayanmamalıyıq, daha çox insanların bu oyunları oynamasına çalışmalıyıq ki, Dağlıq Qarabağ problemini, haqq işimizi daha geniş dünya ictimaiyyətinin diqqətinə çatdıraq”.
Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova layihənin vacibliyini diqqətə çatdırıb:"Çox təəssüflər olsun ki, bugünki gənclərimiz Şuşanın, Qarabağın gözəlliklərini görə bilməyiblər. İnanırıq ki, Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində Qarabağ qayıdacaq və gənclərimiz, uşaqlarımız o torpaqları görəcəklər”.
“İşğal altında: Şuşa. Qisas” oyunu 2012-ci ildə istehsal edilən “İşğal altında: Şuşa” oyununun yeni versiyasıdır. Əvvəlki versiya ilə müqayisədə həm texniki göstəricilər, həm də oyunun süjeti yenilənib və inkişaf etdirilib. Oyun Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “AzDimension” şirkəti tərəfindən hazırlanıb. Daha əvvəl nazirlik bu şirkət tərəfindən “İşğal altında: Ağdam” oyununun hazırlanmasını dəstəkləyib. Bu ilin sonunda isə macəra triller janrında qurulan “Sonuncu dalan” kompüter oyununun istifadəyə verilməsi planlaşdırılır.
“Qarabağı tanı” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə üçlü formatda hazırlanan “Şuşa kitabı” uşaq və gənclərin Şuşada yerləşən tarixi və mədəniyyət abidələri haqqında ətraflı məlumat əldə etməsinə imkan yaradır. Şuşa qalası, Natəvan bulağı, Gövhər-ağa məscidi, karvansaray və digər abidələr kitabda yer alıb.
Azərbaycanda yeni kompüter oyunu yaradıldı

TREND IA
09:08
Digər xəbərlər