Azərbaycanda əmək haqqı artıb

2018-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1545,4 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, onlardan 886,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 658,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,5 faizi təhsil, 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 7,0 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. 

2018-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,0 faiz artaraq 541,0 manat olub.

Oxu.az

00:32