Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşəcəyi tarix məlum olub

 

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş iyulun 11-i Avstriyanın Mauerbax şəhərində keçiriləcək.

Barədə diplomatik dairələrə istinadən məlumat verib. Məlumatda qeyd olunur ki, nazirlərə ATƏT üzv ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi görüşü çərçivəsində görüşmək təklif olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də görüşdə iştirak edəcəyi gözlənilir.

TREND.AZ

06:44