Avropa Şurası Azərbaycana dekabrın 5-nə kimi vaxt verir

 

Avropa Şurası Nazirlər Komitəsi oktybarın 25-də qəbul etdiyi qərarda Azərbaycana bildirir ki, Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir. Qərarda deyilir ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrpın 29-na kimi bildirə bilər.

Strasburqda Avropa Şurasının Nazirlər Komitəsinin qəbul etdiyi qərarda Azərbaycanın diqqətinə çatdırır ki, Avropa Şurası 46-cı maddə ilə prosedura başlaya bilər. ​Söhbət Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarına Bakının əməl etməməsindən, Bakının Avropa İnsan Haqları Məhkəməsinin qərarını icra etməməsindən gedir. Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldıra bilər. Bu, Azərbaycana bir növ xəbərdarlıqdır. Növbəti addımlar hələ gələ bilər. Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycan üçün hansı nəticələri ola biləcəyi barədə hələlik heç kəs konkret fikir söyləyə bilmir.

Amerikaninsesi.org

12:42