ATƏT XİN Şurası Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

 

ATƏT-in nazirlər səviyyəsində qeyri-rəsmi görüşünün iyulun 11-də Avstriyanın Mauerbax şəhərində keçirilməsi planlaşdırılır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova deyib.

 

O bildirib ki, görüşdə ATƏT məkanında mövcud münaqişələrin nizamlanması məsələsi müzakirə olunacaq. M.Zaxarova qeyd edib ki, xarici işlər naziri Serget Lavrov da ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın XİN rəhbəri Sebastian Kurtsun təşəbbüsü ilə keçiriləcək görüşdə iştirak edəcək.

TREND IA

09:56