AŞPA həmməruzəçiləri həbsxanalarda siyasi məhbuslarla görüşüb

 

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda sentyabrın 16-da cəzaçəkmə yerlərində bir neçə siyasi məhbusla görüşüb.

Həmməruzəçilər həbsdə olan jurnalist Əziz Orucov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, bloğer Mehman Hüseynov və Qobustan qapalı həbsxanasında Taleh Bağırzadə, Abbas Hüseyn və digər 3 məhbusla görüşüb. Bu barədə həmməruzəçi Stefan Şennak məlumat yayıb. Məruzəçi bildirib ki, Qobustandakı 5 məhbusun məsələsini araşdırıb. “Qobustan həbsxanasında heç kimə bir gün də qalmağı arzulamazdım, amma tezliklə qapadılacaq”, o qeyd edib.

Amerikaninsesi.org

10:04