ADU-nun əməkdaşları Kəlbəcər məktəbində

Azərbaycan Dillər Universitetinin (ADU) müəllimləri Gəncə şəhərində yerləşən Kəlbəcər rayon 1 nömrəli orta məktəbdə pedaqoji təcrübə keçən tələbələrlə birgə “Nəsimi ili” ilə əlaqədar tədbir keçiriblər.

ADU-dan AZƏRTAC-a bildirilib ki, universitetin əməkdaşları tərəfindən məktəbin müəllim və şagird heyəti multikulturalizm barədə məlumatlandırılıb. ADU-nun Konfutsi İnstitutunun müəllimi Mairui Jieken şagirdlərə Çin mədəniyyəti ilə bağlı suallar verib. Sualların cavablandırılmasında fəallıq göstərən şagirdlər mükafatlandırılıb.

Bundan əlavə, ADU-nun əməkdaşları məktəbin kitabxanasına dərslik və dərs vəsaitləri, müəllimlərə, həmçinin şagirdlərə hədiyyələr təqdim ediblər.

AZƏRTAC

13:43