YUBİLEY YAŞIN MÜBARƏK!

Elimizin-obamızın, Laçınımızın, Şəlvə dərəsinin, doğma dədə-baba yurdumuz İmanların çox dəyərli ağsaqqalı, ziyalısı Eldar Rəsulovun 80 illik yubileyidir.
Eldar müəllim harda olursa-olsun öz soy-kökünə, təmsil etdiyi mahala şərəf gətirən, sözü ilə əməli üst-üstə düşən böyük səxsiyyətdir, nüfuz sahibidir. Eldar müəllimin xarekterində bir bütövlük var. Həmişə haqlının yanında, haqqı tapdananın müdafiəsindədir.
Hər kəsə layiq olduğu qiyməti verəndə də, hansısa hadisəyə mövqe bildirəndə də, kiminsə nöqsanını üzünə şax deyəndə də səmimidir. Səmimi olduğu qədər də ədalətlidir, cəsarətlidir. Xalq şairi Zəlimxan Yaqubun bu məşhur misraları da elə bil Eldar müəllimin boyuna biçilib:

Toz olub yellərə qarışmayasan,
Hər əsən küləklə yarışmayasan.
Alçaq əməllərlə barışmayasan,
Belə öc olasan öc olanda da.

Zəlimxan, dağlara təpə gülməyə,
Qaya parçalanıb, daş tökülməyə.
Başa qar yağsa da, bel bükülməyə,
Belə qocalasan qocalanda da.

Ömrünün müdriklik çağını gənclik enerjisi ilə yaşayan Eldar müəllimə bütün doğmalarının, nəvələrinin, sevdiklərinin əhatəsində sağlıqlı ömür arzulayıram!
Yubiley yaşın mübarək, Eldar müəllim! İnşallah 100 yaşını da belə gümrah, gözəl ovqatla, könül xoşluğu ilə doğma Laçınımızda, Şəlvə dərəsində, əbədi beşiyimiz İmanlarda qeyd edəsən.

Arif Məmmədli

Xudaferin.eu

14:22