Qərbi Azərbaycan İcmasının Qax rayonu üzrə nümayəndəsi seçilib

26 may 2024-cü il tarixində Qax rayonu Turaclı kənd mədəniyyət evində , Qərbi Azərbaycan əsilli sakinlərlə görüş keçirilmişdir.

Görüşdə, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, Keşişkənd İcmasının rəhbəri, professor Mahirə xanım Hüseynova çıxış edərək Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin uğurlu siyasətindən danışaraq onu qalib sərkərdə kimi səciyyələndirmişdir.Mahirə Hüseynova Qərbi Azərbaycan İcmasının fəaliyyəti haqqında geniş məlumat vermiş və yerli təşkilatların formalaşmasının vacibliyini vurgulamışdır. Eyni zamanda,yerli təşkilatın yaradılması məsələsinə baxılmış, Turaclı kənd sakini Həsən Tarverdiyev Qərbi Azərbaycan İcmasının yerli nümayəndəliyinin rəhbəri seçilmişdir.

Tədbirdə iştirak edən Qax rayon İcra hakimiyyəti başçısı Musa Şəkiliyev Qərbi Azərbaycanlıların yurd həsrətindən danışmışdır.

Yerli sakinlər üçün əhəmiyyət kəsb edən bu tədbirdə ,Qərbi Azərbaycan Paşalı İcmasının rəhbəri Faiq Xuduyev,Keşişkənd İcmasının müavinləri Məhəmməd Rəsuloğlu, Möhübbət Səmədoğlu,İcma üzvləri Səməd Vəkilov, t.ü.f.d Leyla Calalova , Ağkənd İcma rəhbəri Şəfiqə Cəfərova iştirak etmişdilər. Sonda , Qərbi Azərbaycanlıların özləri ilə gətirdikləri və indiyədək saxladıqları foto və sənədlərin sərgisi keçirilmişdir.


 

Xudaferin.eu

16:02