İranda Helikopter Qəzası

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib və bu mərasimdən sonra helikopterlə Tehrana dönən İran İslam Respublikasının rəsmləri qəza nəticəsində həlak olmuşlar.

Helikopter qəzası nəticəsində İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və ekipajla bərabər digər dövlət yetkililərinin hamısı faciyəli şəkildə həlak olmuşlar.

Baş vermiş bu faciə ilə əlaqədar İranın bütün xalqlarına və İranın Dövlət Rəhbələrinə, eləcədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Çox təssüflər olsun bu faciə ilə bağlı Rusiyanın bəzi ermənipərəst şərəfsiz jurnalistləri, özəl mətbu orqanlarda İsrail və Azərbaycan Respublikasının ünvanına böhtanlar yağdırmaqla xalqlarımız arasına düşmən toxumu səpmək istəsələrdə bu mümkün deyil.

Ölkərimiz arasında zaman-zaman fikir ayrılığımıza, bəzi dairələrin Azərbaycan Respublikasına qısqanc yanaşmasına rəğmən, İranda baş verən helikopter qəzası və bu qəzada İran Respublikasının dövlət xadimlərinin faciəli ölümü hər bir qurbətçi azərbaycanlıların dərindən kədərlənmiş, bu faciəni üzüntü ilə qarşılayırıq.

İran Azərbaycan üçün yad bir ölkə deyil və orada 30 milyondan artıq azərbaycanlı digər İran xalqları ilə birlikdə dosluq və qardaşlıq münasibətləri ilə yaşamaqdadırlar.

Faciənin milləti olmur və əgər bilmək istəsəniz, həlak olanlardan ikisi fars olmaqla yanaşı, digərlərinin hamısı Azərbaycan türkləri olmuşlar.

Bir daha qardaş İran Xalqına dərin hüznlə başsağlığı verir, acllarımızı bölüşürük.

Allah bu faciədə həlak olanlara rəhmət eləsin.

Elman Mustafazade

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri və Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.

Amsterdam, Niderland Krallığı

Xudaferin.eu

19:40