Faiq Ələkbərli yazır...

Məhəmməd Əmin Rəsulzadə deyincə, ilk ağıla gələn Azərbaycan Cümhuriyyəti, Azərbaycan bayrağı və Bütöv Azərbaycandır!

Azərbaycan Türk aydını Hüseyn Baykaranın təbirincə desək: O, Böyük bir KİŞİdir! Əsl Azərbaycan Türk KİŞİsi!

Azərbaycan Türk KİŞİsi M.Ə.Rəsulzadənin qurduğu Cümhuriyyətin, dalğalandırdığı Üçrəngli Bayrağın kölgəsində yaşayan bəzi zatların uydurmalarına gəlincə, bu cür xoşagəlməz halların səbəbləri hər kəsə bəllidir! Belələri dünən də olub, bu gün də var, gələcəkdə də olacaq. Olsun! Görünür, belələri də olmalıdır!

Əsas odur ki, on milyonlarla Azərbaycan Türklərinin, Azərbaycanlıların yolu Rəsulzadə yoludur. Bizlər, Rəsulzadə yolu ilə gedirik, Azərbaycan yolu ilə gedirik, Türklük yolu ilə gedirik, Bütöv Azərbaycan yolu ilə gedirik və gedəcəyik də!

3-5 nəfər əliheyderqarayevlərin, məşədi əzizbəyovların, həmid sultanovların yolunu gedirsə, bu da onların seçimdir, getsinlər!

Böyük Azərbaycan Türk aydını, filosofu Əli bəy Hüseynzadənin təbirincə desək, hər kəsin öz gedəcəyi yol var, Bizlər Türklük, İslamlıq, İnsanlıq, Çağdaşlıq yolu ilə gedirik.

Yol, bu yoldur, Cümhuriyyətin qurucusunun Yoludur! Yeni dövrdə Yolbayımız Rəsulzadədir!
Bu adın özü belə Azərbaycan Tarixidir, Azərbaycan Mədəniyyətidir, Azərbaycan dövlətçiliydir, Azərbaycan bayrağıdır!

Bu dövlətə Azərbaycan adını da, Azərbaycanlı kimliyini də, O, böyük KİŞİ vermişdir! Bu baxımdan Rəsulzadənin yolunu qəbul etmək istəməyənlər buyursunlar, Azərbaycan pasportundan, Azərbaycanlı kimliyindən də imtina etsinlər. Çünki bütün bunların, bugünkü Azərbaycan Respublikasında Azərbaycan adlı nə varsa, müəllifi O, böyük KİŞİdir.

Deməli, çox sözümüz, yazmalı çox məqamlar var, amma bu gün bu qədər yetər!

Faiq Ələkbərli
Azərbaycan Ocaqlarının (BAO) başqan müavini, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.

Xudaferin.eu

16:18