Vəkil Gözəl Bayramlı, Əfqan Muxtarlı və Əziz Orucovun saxlanma şəraitindən danışıb
AXCP sədrinin müavini Gözəl Bayramlının və jurnalst Əfqan Muxtarlının səhhətində problemlər var. "Kanal 13" İnternet resursunun rəhbəri Əziz Orucova isə ailə üzvləri ilə görüşməyə imkan vermirlər. Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində video müraciətində bildirir. Vəkil hər üç şəxsin saxlanıldıqları 1 saylı Təcridxanada görüşüb.
“Təcridxanada Ə.Muxtarlının müalicəsi üçün şərait yoxdur. İsti yemək olmadığından mədə ağrıları kəskinləşib. Soyuducuda yer olmadığından ərzaq saxlaya bilmir. Gürcüstanda yaşayan yaxınları ilə telefonla danışmasına imkan verilmir", o bildirir.
Gözəl Bayramlının ayaq oynağında şişlər var. Müalicəyə şərait yaradılmır. Yalnız ağrıkəsicilər vururlar. Bu da onun mədə sistemində başqa ciddi problemlər yaradır.
Vəkilin sözlərinə görə, G.Bayramlıya vəkilləri ilə danışmağa imkan verilmir. Odur ki, əgər istədiyi şəxslərlə telefonla danışmasına icazə verilməsə gələn həftə aclıq aksiyasına başlayacaq. Ə. Orucovla bağlı indiyədək heç bir istintaq hərəkəti aparılmayıb. Onu demək olar ki, təcrid edilmiş vəziyyətdə saxlayırlar.

Amerikaninsesi.org
09:20
Digər xəbərlər