Vaşinqton da müstəqil saytların bloklanmasına qarşı çıxdı

 

ABŞ Dövlət Departamenti Azərbaycanda bir neçə müstəqil saytın, o cümlədən "Azadlıq" radiosunun bloklanması fonunda mətbuatın vəziyyətindən narahatdır.
 

Bu barədə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi anonimlik şəraitində Turan-a bildirib.  "Biz dost hesab etdiyimiz ölkələrdə mətbuat azadlığının vəziyyətinin daim pisləşməsindən narahatıq. Biz araşdırma jurnalistikasının və azad medianın rolunu və önəmini yaxşı baş düşürük", - o vurğulayıb.

Helsinki Komissiyasının rəhbəri Rocer Uiker də hökuməti tənqid edən bir neçə saytın bloklanması barədə məhkəmənin bu yaxınlardakı qərarını şərh edərkən eyni fikri söyləyib. "Bu, ciddi narahatlıq doğurur və biz bu barədə ən yüksək səviyyədə hakimiyyətlə söhbət edəcəyik", - o vurğulayıb.

TURAN İA

09:57