Tutuqlu milli fəal Həbib Sasanian öz aclıq eyləminin 50 günündə davamlı şəkildən bayılır

 

Mollakratiya rejimi Güney Azərbaycan Milli Hərəkatının fəalına qarşı onun azad edilməsi üçün 350 milyon tümən vəsiqə qoşdu

İran mollakratiya rejiminin zindanında aclıq etirazi edən 36 yaşlı Güney Azərbaycan Milli Hərəkatının fəalı Həbib Sasanian qanunsuz yerə tutuqlanmasına qarşı elan etdiyi aclıq eləminin 50-ci günüdür. Uzun sürə davam edən aclıq eyləminin sonucu olaraq, onun sağlıq  durumu daha da pisləşib. Beləliklə də 50 gün içində 22 kilo arıqlayan milli fəalin qan təzyiqi də 55-ə düşüb və gündəlik bir neçə dəfə bayılma kimi qorxulu hallarla üzləşir.

Həbib Sasanian bildirib ki, İran mollakratiya rejiminin məhkəməsi tərəfindən onunla ilgili qanunsuz qərarları durdurmayınca, aclıq eyləmini davam etdirəcəkdir. Milli fəalin ailəsinin davamli şəkildə məhkəməyə müraciətləri sonucu olaraq, mollakratiya rejimi 350 milyion tümənlik (100min dolar) ağır mülki vəsiqə qarşlığında müvəqqəti azadlq buraxa biləcəyini açıqlayıbdır. Öncəki günlərdə həmin məhkəmə milli fəalın müvəqqəti azadlığı üçün 1 milyard tümənlik daha ağır mülkü vəsiqə istəmişdi.

Xatırladaq ki, mollakratiya rejiminin özəl cəza gücü kimi tanınan “Ettelat” qüvvəlləri 2016 ci il may ayının 15-də  6 nəfər Güney Azərbaycan Milli Hərəkatının üzvlərindən olan Həbib Sasanian, Həmid Siqqəti, Mehdi Cavadzadə, Babək Avənd, İsmayıl Əfxəmi və Yunis Rəhimi birlikdə Ərdəbildə tutuqlanmışlar. Həbs edilən milli fəalların haqqında keçən ilin iyun ayında “Doğu Azərbaycan” bölgəsindəki sorumlusu “Güney Azərbaycan GAMO (Güney Azərbaycan Milli Ordusu) şəbəkəsinin 6 nəfərlik casusluq və bölücülük ” damğası ilə həbs edildiyinə dair məlumat yaymışdı.“GAMO” adlanan dosyenin əsas suçlusu Həbib Sasaniyan və  ikincisi isə Mehdi Əmirinəjad sayılır. Milli fəallar bir neçə gün Ettelatda bu yalan ittihamlari ilə işgəncələrlə dolu olan istintaq prosesindən sonra heç bir məhkəmə işi aparılmadan Tərbizdəki mərkəzi zindanına köçürüldülər.

Həbib Sasanianın 2006-cı ildən bəri mədəni fəaliyyətlərlə məşğul olduğunu və Türk dilində şeirlər və məqalələr yazdığını Güney Azərbaycan Milli Hərəkatının fəalları tərəfindən yaxşı bilinir.

Onu da qeyd edək ki, Güney Azərbaycan Milli Hərəkatının fəalı Mehdi Əmirinəjad  rejimin məhkəməsi tərəfindən 2 il həbs cəzasına məhkum olunub. Həmid Səqəfi , İsmayıl Əfxəmi və Babək Avənd, “GAMO” qrupunda üzv olmaq ittihamı ilə onların hər biri 4 aylıq müddətə  həbs cəzasına məhkum olunublar.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

10:11