Türkiyədə “Xocalı Soyqırımı” xatirəsinə şeir müsabiqəsi

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə Kocaeli Şairlər və Yazıçılar Birliyi Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsi elan edib. Mövzusu “Xocalı Soyqırımı” olacaq bu yarışmada qalib şəxsə iyunda Azərbaycana 5 günlük turpaket hədiyyə ediləcək.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet imperiyası ordusunun Qarabağın Xankəndi bölgəsindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi soyqırım zamanı 613 nəfər insanın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu

09:52