Tehran mollakratiya rejiminin “Türk Fraksiyası”na qarşı açıq xəyanəti

 

Mollakratiya rejiminin köynəyindən çıxmış və onların sayəsində yaratdığı “İran parlamenti Türk Fraksiyası” millət vəkili qrupunun ləğv ediıməsi üçün yeni taktiki gedişlərə başlayıbdır. Beləliklə də Güney Azərbaycan Milli Hərəkatını kölgədə qoymaq kimi hədəfləri də puça çıxıbdır.

Ötən ilin oktyabr ayında Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı alternativ kimi Tehran mollakratiya rejimi tərəfindən yaradılan “Törkzəban”(bu sözün şüuraltı anlamı “Türk dilli olmuş iranlıların) Fraksiyasının arıtq bundan sonra, hər hansı bir fəaliyyətinə ehtiyac olmadığı gündəmə gətirilmişdir. Tehrandakı ifrat fars şovinizmi siyasətini yürüdən mollakrat rejimi heç nədən utanmadan və çəkinmədən bildirir ki, bunun əsas səbəbi güya fraksiya adında “türk “sözü mövcuddur və bu da “İran xalqlarının birlik və bərabərliyi qaydalarına ziddir”. Halbu ki, bir ilə yaxındır rejimin bir başa nəzarətində olmaqla bu ad altında fəaliyyət göstərən deputat qrupuna qarşı kimsə etiraz səsini ucaltmamışdır. Bununla yanaşı, fars şovinizmi siyasətini islam dini altında 38 ildir yaşatmağa və inkişaf etdirməyə yönılik dərin siyasət olaraq TÜRK sözü və kimliyi yerinə “Törkzəban” (türk dilli olmuş iranlılar və aryalılar) olaraq işlətsə də, bir sıra insanları aldatmağı bacarıb və hətta bəzi soydaşlarımız da elə düşünlər ki rejimin işlədıyı Türk sözü bildiyimiz Türk milləti anlamındadır və ya sanırlar ki fraksiya üzvləri gerçəkdən Türk millətinin vəkilləri və millətimizin seçdiyi insanlardır. Adını çəkdiyimiz fraksiya bir ilə yaxındır Türk milləti üçün hər hansı bir müsbət işi öz səviyyəsində ortaya qoya bilmədiyi kimi, Azərbaycan Türklüyünə və Güney Azərbaycan Milli Hərəkatına daha çox zərərləri olubdur .

Qeyd edək ki, mollakratiya rejimi Güney Azərbaycan Milli Hərəkatinin kimlik və milliyyət özəlliyini gözəl başa düşüməsi və bu məsələdən Azərbaycana qarşı faydalanmaqla “Türk  Fraksiyası”nı yaratmışdı. 110 nəfər üzvü olan bu fraksiyada təmsil olunanların hamısı Güney Azərbaycan soylu olsalar da rejimə bağlı və fars dövlətçiyliyinə seçilmiş manqurd insanlardır. Bu insanlar əslində Güney Azərbaycan Türk millətinin birinci düşməni olan fars rejiminə qulluq edənlərdir. Rejim bu fraksiyanı Azərbaycan Milli Hərəkatının bir parçası kimi kamuflaj edib və ən önəmli deyimlərini,  ona aid siyasi sözlükləri qullanıb. Hərəkatın həsas olduğu siyasi -milli məsələləri və özəliklə də Güney Azərbaycannın milli kimlik parametrləri çərçivəsində yer alan Miliyəti və Türk sözünü təhrifl edərək işlədirdi.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

22:36