Tehran mollakratiya rejiminin sosial şəbəkələrlə bağlı savaşı

 

İran mollakratiya rejiminin irqçı və dictator düzəni son zamanlar azad düşüncəli, eyni zamanda milli baxışlarını irəli sürən bütün saytlara qarşı məhdudiyyətlər gücləndiribidir.

Belə ki, mollakratiya rejiminin “İrtebatat” və “Muxabirat” (kommunikasiya və informasiya texnologiyaları) üzrə naziri Mahmud Vaezi Tehran fars- molla dövlət düzəninə uyğun olan  sosial şəbəkələrə üstünlük verdiyini deyib: “Yaxşı material, yerli istehsala bağlı olan proqramlara dair iranlıların (ozu: farsların) ehtiyaclarını təmin etməyə səy göstəririk.”

Onun sözlərinə görə son dörd il ərzində Tehran rejimi bir çox sosial media platformalarını bloklayıb. Lakin bunun ardınca istifadəçilər dərhal başqa şəbəkələrə keçib. Dörd yerli sosial media platformasının artıq hazır olduğunu qeyd edib. Onlardan bəzilərinin artıq 2 milyon istifadəçisi var.  5 milyondan artıq istifadəçiyə malik platformanın maliyyə əməliyyatları apara biləcəyini bildirib: “Biz gözləyirik ki, yerli şəbəkələr normal fəaliyyətə qadir olduqlarını isbat etsinlər və biz xarici sosial mediadan yaxa qurtarmağın müəyyən yollarını tapacağıq”.

Hakimiyyətə əsasən, daxili şəbəkəyə dair təşəbbüs interneti daha səmərəli, təhlükəsiz etməklə xərcləri də azaldacaq”.
Bununla yanaşı, mollakratiya rejiminin zülmündən əzab çəkən xalqlara görə əsas məqsəd İnternet üzərində nəzarəti gücləndirməkdir. O da bəllidir ki, milyonlar saytlar Tehran rejimi tərəfindən aparılan məqsədli siyasətin tərkib hissəsi olaraq, bloka alınıbdır. Rejim bir çox sisyal şəbəkə fəallarına basqılar və təzqilər göstərir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:26