Təbriz, Zəngan, Qəzvin və Ağqalada edam hökmləri icra edilib

 

Keçən bir həftə ərzində İranın müxtəlif bölgələrində qətl və narkotik qaçalmalçılığı ittihamları ilə həbs edilən bir sıra məhbusun edam hökmü icra edilib. Qum vilayəti prokuror müavininin mətbuata verdiyi məlumata görə, Qumun mərkəzi zindanında oğurluq ittihamı ilə əlaqədar üç məhbusun əli kəsilib.

İran mollakratiya rejimi edamlara dair hesabatlar yayan HR qrupu məhkumların bir neçəsi şəhərlərin küçələrində dar ağacından asılıb.  Edam hökmlərinin bir çoxu İran Azərbaycanı, həmçinin türk və türkmən əhalinin sıx yaşadığı digər bölgələrdə həyata keçirilib. Keçən bir həftə ərzində Güney Azərbaycanın başkəndi Tərbiz şəhərində 3, Qəzvində 2, Qumda 4, Kərəcdə 5, Ərdəbil və Zəncan şəhərlərində isə 1 məhkum dar ağacından asılıb. Həmçinin bir edam hökmü Muğan bölgəsində, biri də Türkmənsəhranın Ağqala şəhərində açıq məkanda və əhalinin gözü önündə həyata keçirilib.

 Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:29