Sulduzlu Milli fəal Hamid Allahverdipur məhkəməyə çağırılıb

 

İran mollakratiya rejimi Güney Azərbaycan Milli Hərəkatına qarşı təziqlərini son günlər daha da artırıb. Sulduz şəhərindən tanınmış milli fəal Hamid Allahverdipur yenidən fars şovinizminin ideologiyasına xidmət edən rejimin məhkəməsinə çağırılıb.

Hamid Allahverdipur digər milli fəallarla birgə 2017ci il avustust ayının 8-də yerlı vaxtıla saat 10 da “mollakratiya rejiminin təhlükəsizliyini pozamaq” ,”İran dövlətçilik sisteminə qarşı qruplar təşkil etmək”, “rejimə qarşı muxaliflətlə işbirliyində bulunmaq” kimi saxta və qondarma ittiahamlara cavab vermək üçün hakim qarşısına çıxmalıdır.

Qeyd edək ki, bu ilin mart ayında mollakratiya rejiminin “Əhər İnqilab Məhkəməsi”nin savcısı tərəfindən telefon mesajı ilə Hamid Allahverdipurun məhkəməyə qatılmasını istəmişdır.

Xatırladaq 2015-ci il noyabrın 9-da mollakratiya rejiminin ifrat fars irqçiliyi siyasətinə qarşı Güney Azərbaycan şəhərlərində günlərcə davam edən milli eyləmlər və etirazlar baş verdiyində mili fəal Hamid Allahverdidə digər milli fəallar kimi bu etirazlarda yaxından iştrak etmişdir. O, Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan 32 soydaşımızla birlikdə mollakratiya rejiminin təhlükəsizlik qüvvələrinin zopa vuran gücü hesab olunan “Ettelat” qüvvələri tərəfindən Əhər şəhərində tutuqlanmışdı. O, “İranın təhlükəsizliyini pozmağa cəhd göstərmək, milli əmniyyəti təhlükəyə atmaq”  ittihamları ilə günlərcə “Ettelat” məxsus həbsxanalarda günlərcə saxlanılmış və uzun müddət isə işgəncələrə məruz qaldıqdan sonra mülki vəsiqə qarşılığında müvvəqət azad olmuşdu.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:25