“Stratfor”: Rusiya qüvvələrini Qafqaza toplayır

 

Amerikanın kəşfiyyat-analitik şirkəti, “MKİ-nin kölgəsi” adlandırılan “Stratfor” Kremlin hərbi planlarından yazıb: “Rusiyanın hərbi büdcəsi demək olar ki, son iyirmi il ərzində ilk dəfə 5% azalıb. Bu o deməkdir ki, Kreml müdafiə ehtiyaclarının prioritetlərini müəyyənləşdirmək üçün çətin qərarlar qəbul eləməyə məcburdur”.

“Stratfor” analitikləri hesab edirlər ki, Rusiya maliyyə məhdudiyyətləri üzündən öz qüvvələrini daha dəqiq paylaşdırmalı və dənizdəki ambisiyalarından qismən imtina eləməli olacaq. Belə ki, bütün qüvvələr Cənub və Qərb hərbi dairələrində cəmləşdiriləcək. Onlar Baltika, Ukrayna və Qafqaz ölkələri daxil olmaqla vacib operativ zonalara cavabdehdilər. “Stratfor” hesab edir ki, Rusiyanın müdafiə prioritetləri ölkə hakimiyyətinin hansı ölkələri ən böyük təhlükə mənbələri kimi qəbul eləməyindən asılıdır.

 

Hurriyyet.org

 

06:58